Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
15:24 Tanınmış şairə Sumqayıtda binadan yıxıldı - FOTO | 15:14 Azərbaycanda bəzi qadınlara 500 manat civarında müavinət veriləcək | 15:09 17 noyabr hadisələri Azərbaycan xalqının milli mübarizə tarixində silinməz iz qoyub – Deputat | 15:06 Rəşid Mahmudovun evində partlayış baş verib? | 14:23 Sahibə Qafarovadan deputata irad: "Bura "danışmaqxana" yox, parlamentdir" | 14:08 Yeni ili oteldə qarşılamaq neçəyə başa gələcək? – QİYMƏTLƏR | 14:07 Aldığı rüşvətləri sədrə çatdırdı, iş alınmayanda şikayət etdi - 58 minlik cinayətdə detallar | 13:47 Güclü külək qarşısında köhnə binalar nə dərəcədə təhlükəsizdir? – AÇIQLAMA | 13:42 Həcc ziyarətində yeni xidmətlər, yeni qiymətlər - AÇIQLAMA | 13:36 Sabah hava necə olacaq? | 13:29 Neftçalada quldurluq: 11 000 manatı aralarında bölüblər | 13:23 Dekabr ayından bu məhsulun qiyməti artacaq – AÇIQLAMA | 13:16 Türkiyə MN Azərbaycanı təbrik etdi | 13:11 Gələn ildən gəlir vergisi bu qədər olacaq | 13:08 Zəngəzurda saxlanılan azərbaycanlı hərbçinin işi üzrə ittiham aktı açıqlandı | 13:01 Gürcüstanda eks-arvadını 25 min dollara öldürtmək istəyən azərbaycanlı saxlanılıb | 12:59 Bakıda səkkizaylıq hamilə qadın öldü | 12:48 Bakıda reklam agentliyinin rəhbəri həbs olundu - Borc davası | 12:41 İrandan Azərbaycana 50 kiloqrama yaxın narkotik keçirilməsinin qarşısı alınıb | 12:26 Azərbaycanda deputatın xəsarət aldığı hadisə ilə bağlı cinayət işi açıldı |
Mojo.az Avto
Mojo.az Avto

Xəzər dənizi sahilində 112 suiti cəmdəyi aşkar edilib

04.11.2025 12:05 531
Xəzər dənizi sahilində 112 suiti cəmdəyi aşkar edilib
Xəzərin Qazaxıstan sahillərində 112 suiti cəmdəyi aşkar edilib.

Bu barədə məlumatı Mangistau vilayətinin Ekologiya Departamenti yayıb.

Departamentin məlumatında deyilir ki, Tupkaraqan rayonunun Asan yaşayış məntəqəsindən Bautino burnuna qədər sahil xəttinin monitorinqi zamanı 112 Xəzər suitisinin cəmdəyi aşkar edilib. Bu heyvanlar arasında kütləvi tələfatın səbəblərini müəyyən etmək üçün ərazidən dəniz suyu nümunələri götürülüb.

Xəzərdə suitilərin kütləvi ölümü ilk dəfə qeydə alınmır. Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyindən məlumatına görə, 2024-cü ildə bu cür hallara yüksək patogenli quş qripi virusu, immun çatışmazlığı fonunda neyrovirus infeksiyası və dəniz dibindən təbii qaz sızmaları nəticəsində asfiksiya səbəb ola bilərdi. 2022-2023-cü illərdə suitilər yırtıcı heyvanlar arasında taun xəstəliyindən və kəskin pnevmoniyadan tələf olub.

Son xəbərlər