Mojo.az Banner
23:00 Azərbaycanda 4 günlük iş həftəsi mümkündürmü?  |     22:49 İranda yanacaqdaşıyan maşının partlaması nəticəsində 10 nəfər ölüb  |     22:35 Bu bürclər üçün qeyri-adi günlər başlayır  |     22:26 Kəlbəcərdə avtomobil çaya düşüb, sürücü xəsarət alıb - (Foto)  |     22:18 İnsan saçı qalınlığındakı kristallar 454 milyon illik sirri açdı  |     22:11 ABŞ İranın 3 neft tankerini vurdu  |     22:05 Əməkdar həkim vəfat etdi  |     21:58 Türkiyəli müğənni Tuğba Ekinci saxlanıldı  |     21:52 Kremldə Putinlə Uitkoff və Kuşner arasında görüş başlayıb - VİDEO  |     21:41 Yəməndə baş verən toqquşmalarda 60-dan çox insan ölüb  |     21:32 Ən qonaqpərvər BÜRCLƏR  |     21:22 İranda neft tanker partlayıb, on nəfər ölüb  |     21:15 Türkiyəli müğənni Tuğba Ekinci saxlanıldı  |     20:59 Ayfon-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu  |     20:51 Premyer Liqa: "Sabah" "Zirə"ni darmadağın etdi  |     20:46 Azərbaycanda bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?  |     20:22 Turizm səfərləri təşkil etmək adı ilə vətəndaşları aldadan şəxs həbs edilib  |     20:20 Məşhur türkiyəli aktyor evində ölü tapıldı  |     20:02 Zelenski: "Ukrayna Moskvaya zərbələri dayandırmağa hazırdır"  |     20:00 Azərbaycanda müəllim vəfat etdi  |    
Left Banner
Right Banner

Pirşağı çimərliyində suiti cəsədləri aşkarlandı

27.05.2025 11:34 699
Pirşağı çimərliyində suiti cəsədləri aşkarlandı
Son günlərdə Xəzər dənizinin Qazaxıstan sahillərində 200-dən çox suiti cəsədi aşkarlanıb. Xəzərin Qazaxıstan sahilləri ilə yanaşı, suiti cəsədlərinə Pirşağı çimərliyində də rast gəlinib.

Median.Az
Trend.az-a istinadən xəbər verir ki, Qızılqum çimərliyində dörd suiti cəsədinə rast gəlib.

"Davamlı inkişafda mavi texnologiyalar Mərkəzi"nin direktoru, professor Mehman Axundov mövzu ilə bağlı bildirib ki, bu, mövsümi xarakter daşıyan prosesdir və adətən, payız aylarının sonunda və yaz aylarında müşahidə olunur:

"Cəsədlər, adətən, Abşeronun şimal hissəsində aşkarlanır. Bu isə küləklərlə bağlı olur. Şimaldan gələn dəniz axınları bu cəsədləri Abşeronun şimal sahillərinə gətirib çıxarır. Mərdəkan, Novxanı, Pirşağı istiqamətlərində biz bu halları müşahidə edə bilirik".

O əlavə edib ki, Xəzər suitisi dünyada ən kiçik suiti növüdür:

"Onların öz biologiyası var. Onlar çoxalma üçün Xəzərin şimalına üz tutur, balalama dövründən sonra oradan cənuba qayıdırlar. Onlar Orta Xəzərdən, Qazaxıstan və Rusiyanın sularından keçirlər. Bu zaman aylarla qidalanmır, bu zaman da zəifləyirlər. Zəif suitilər yolda tələf olurlar. Təqribi 800-1000 kilometrlik yolda zəifləyən suitilərin tələf olması normaldır. Ovçuların onları öldürməsi ayrı məsələ, amma eyni zamanda, hər bir canlının təbii ölümü var. Qocalıq, zəiflik, aclıq, xəstəlik bioloji ölümə səbəb ola bilir".скачать dle 11.3
Mojo.az Banner