Mojo.az Banner
12:02 Bakıda nasaz yük maşını əsas prospektlərdən birini bağladı  |     11:58 Sumqayıtda uşaq bağçasındakı hadisə ilə bağlı polis hərəkətə keçdi - Video  |     11:40 Azərbaycan nefti 4 dollaradək ucuzlaşdı  |     11:36 İkinci qrup əlil 6 nəfəri aldadıb 23 min almışdı - Həbs edildi  |     11:28 Sumqayıtda faciə: kişi binadan yıxılıb öldü  |     11:22 Qızıl və gümüş bahalaşdı  |     11:18 Bakıda və Abşeronda hava iki gün tozlu olacaq  |     11:14 Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib  |     11:10 Bakıda kollecdə kütləvi dava: Tələbə komaya düşdü  |     23:00 Korrupsiya barədə məlumat verən şəxslər hansı hüquqlara sahib olacaq? - AÇIQLAMA  |     22:52 Arbeloa cərimələndi  |     22:45 Bu mənzillərin kirayə qiymətləri artacaq - EKSPERTDƏN PROQNOZ  |     22:39 İstanbulda məktəblər bağlandı, motosikletlərə qadağa qoyuldu  |     22:32 Bakıya gələcək erməni əsilli nazir kimdir? - Dosye  |     22:27 Ən qənaətcil 3 bürc - Hər qəpiyin qədrini bilirlər  |     22:18 Reper Navai narkotik aldığını etiraf edib (Yenilənib)  |     22:13 Bakıda minik avtomobili atla toqquşdu - Video  |     22:00 Qətər əmiri Azərbaycana səfərə gəlib - Foto  |     21:53 Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi  |     21:48 Mingəçevirdə ASAN Xidmətə işə düzəltmək adı ilə 2 min manat alıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Xəzərin Novxanı sahillərində suiti cəsədləri aşkarlandı: Nazirlikdən onların ölüm səbəbi ilə bağlı AÇIQLAMA

23.03.2021 20:18 951
Xəzərin Novxanı sahillərində suiti cəsədləri aşkarlandı: Nazirlikdən onların ölüm səbəbi ilə bağlı AÇIQLAMA
Xəzər dənizinin sahilində altı suiti cəsədi aşkar olunub.

Suiti cəsədləri Novxanı istiqamətində görülüb.

Suitilərin balıq toruna ilişərək sahilə çıxdıqları ehtimal olunur. Onların hansı səbəbdən öldüyü barədə isə dəqiq məlumat yoxdur.

İdialara görə ərazidə dənizə qanunsuz olaraq çoxsaylı balıq toru atılıb.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu ünvanladıq.

Oxu.Az-ın sorğusunu Nazirliyin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Mehman Axundov cavablandırıb.

O bildirib ki, hadisə yerinə baxış keçirilib və suitilərin ölüm səbəbi məlum olub:

“Xəzər dənizinin Novxanı istiqamətində suiti cəsədlərinə keçirilən vizual baxış zamanı onların yaşlı dişi fərdlər olduğu müəyyən edilib.

Xəzər suitisinin böyük hissəsi payızın sonlarında Şimali Xəzərə çoxalma miqrasiyası edir. Yetkin fərdlər yazın əvvəllərinə qədər burada çoxalır, martın sonu və aprelin əvvəllərində isə Orta və Cənubi Xəzərə doğru geri dönürlər”.

"Araşdırmalar göstərir ki, daha yaşlı və zəif düşmüş fərdlər geri dönmə zamanı fiziki olaraq dözməyərək təbii ölümlə üzləşirlər. Çox güman ki, belə zəifləmiş və təbii ölümlə üzləşən fərdlər son günlərdə güclənmiş şimal küləkləri nəticəsində dəniz axınları ilə Abşeron yarımadasının şimal sahəsində dənizkənarı sahilə atılıb", - deyə M.Axundov əlavə edib.

M.Axundov onu da qeyd edib ki, analoji hadisə ötən il də baş vermişdi.скачать dle 11.3
Mojo.az Banner