Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Axşam bu cihazı mütləq cərəyandan ayırın: nə televizor, nə də telefon adapteridir

27.10.2025 22:37 537
Axşam bu cihazı mütləq cərəyandan ayırın: nə televizor, nə də telefon adapteridir
Evdə baş verən yanğınların ən böyük səbəblərindən biri, gecə yatmazdan əvvəl cərəyanda unudulan elektrik cihazlarıdır. 32 illik təcrübəyə malik yanğınsöndürən, xüsusilə mətbəxdə tez-tez istifadə olunan bəzi cihazların fərqinə varılmadan ciddi təhlükə yaratdığını bildirib.

Median.Az xəbər verir ki, televizor, kompüter və ya telefon şarj cihazı adətən riskli cihazlar arasında ilk ağla gələnlərdir. Lakin mütəxəssislərə görə, əsil təhlükə mətbəxdəki cihazlardadır.

Tost aparatları, çörək qızardıcılar və elektrikli (su) qızdırıcılar cərəyanda qaldıqları müddətcə elektrik cərəyanı almağa davam edir. Bu cihazların içərisində yığılan çörək qırıntıları istilik yayıcı hissələrin (rezistorların) təsiri ilə asanlıqla alovlana bilir.
Bu səbəbdən, xüsusilə gecə saatlarında bu cihazların cərəyanda qalması yanğın riskini ciddi şəkildə artırır.
Bu cihazlar sönülü vəziyyətdə olsalar belə, içərisindəki müqavimət hissələri uzun müddət isti qala bilir və ətrafdakı yanıcı maddələri alışdıra bilər. Kiçik görünən bu səhlənkarlıq bir neçə dəqiqə ərzində bütün mətbəxi alova bürüyə bilər.

Uzun illərdir yanğınlarla mübarizə aparan təcrübəli yanğınsöndürənlər bildirir ki, bir çox ev yanğınının səbəbi "cərəyanda unudulan naqillər" olur.
Yatmazdan əvvəl qısa bir yoxlama turu edib, bütün naqilləri və cihazları nəzarətdən keçirmək həm can, həm də mülk itkisini qabaqlaya bilər. 

Mütəxəssislər həmçinin bildirir ki, mətbəxdə elektrik cihazlarının ətrafında yanıcı maddələr yığılmamalıdır.
Cihazların təmiz saxlanması, kabellərin zədələnməməsi və köhnə uzun paylayıcıların istifadə edilməməsi xüsusi əhəmiyyət daşıyır. Bu cür sadə tədbirlər, xüsusilə gecə saatlarında baş verə biləcək yanğın riskini xeyli azaldır.
Yanğınsöndürənlərə görə, gecə baş verən yanğınlar ən ölümcül olanlardandır. İnsanların yuxuda olması səbəbindən duman sürətlə yayılır və şüurun itirilməsinə gətirib çıxarır.

Buna görə də axşam saatlarında:
Bütün elektrik bağlantılarını çıxarmaq,
Avtomatik sığorta sistemlərindən istifadə etmək,
Mətbəxdə heç bir cihazı cərəyanda qoymamaq həyati əhəmiyyət daşıyır.скачать dle 11.3
Mojo.az Banner