Paytaxtda taksi xidmətinə 25 minlik LİMİT: Nə dəyişəcək? » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:28 Lənkərandakı Dairəvi qalanın bərpası üçün satınalma proseduru başlanılıb  |     22:20 Bakıdakı məşhur restoran cərimələndi  |     22:15 AAAF Park-da oğurluq: Mənzildən soyuducu və paltaryuyan, anbardan bilyard oğurlandı  |     22:09 Dünyanın ən güclü pasportları açıqlandı: Azərbaycan neçəncidir?  |     22:00 BMT-nin layihə rəhbəri Bakıda içkili vəziyətdə saxlanıldı  |     21:52 İranlı milyonçu qadın Bakıda aldadılıb - "3 milyonumu mənimsəyiblər"  |     21:46 Kərə yağı Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? - Qiymət 35% bahalaşıb  |     21:37 Bu 5 peşəni süni intellekt əvəz edə bilməyəcək - Daim tələbat olan iş sahələri  |     21:30 Marketlərdə 40, köşklərdə 80 qəpik - Fərqin səbəbi nədir?  |     21:24 Dənizkənarı Milli Parkda Türkmənistan Kulinariya pavilyonu təqdim olunub  |     21:18 Hərbi hissə və bölmələrdə nümayiş məşqləri keçirilib - Video  |     21:12 Azərbaycanın şahmat millisi Avropa çempionatında gümüş medal qazanıb - YENİLƏNİB  |     21:03 Son doqquz ayda Naxçıvanda 31 nəfər dəm qazından zəhərlənib, 2-si ölüb  |     20:58 Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olunub  |     20:44 Astarada heyvanlar arasında dabaq xəstəliyi yayılıb, AQTA zəruri tədbirlər görüldüyünü bəyan edib  |     20:36 Azərbaycanın 9 ayda metanol istehsalının həcmi açıqlanıb  |     20:30 Elina Valtonen: ATƏT Ermənistan və Azərbaycan arasında sülh prosesini dəstəkləməyə hazırdır  |     20:23 Qarabağ və Şərqi Zəngəzurda yeni istehsal müəssisələri fəaliyyətə başlayacaq  |     20:18 Azərbaycan əhalisinin gəlirləri 8 %-ə yaxın artıb  |     20:10 İlin səkkiz ayında 2152 əkiz, 78 üçəm doğulub  |    

Paytaxtda taksi xidmətinə 25 minlik LİMİT: Nə dəyişəcək?

Nazirlər Kabineti Bakıda taksi minik avtomobilləri ilə sərnişin daşımaları sahəsində mühüm dəyişiklik edib.

Yeni qərara əsasən, Bakı şəhərinin inzibati ərazi vahidi üzrə taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün verilən icazələrin əlavələrinin sayı 25 000-lə məhdudlaşdırılacaq.

Qərarın məqsədi paytaxtda taksi xidməti sahəsində tənzimləmələri gücləndirmək və xidmətin keyfiyyətini artırmaqdır. Bununla belə, yeni limit bir sıra suallar doğurur:

Hazırda Bakı şəhərində fəaliyyət göstərən taksilərin sayı nə qədərdir? Taksiparkların gələcək fəaliyyəti necə tənzimlənəcək?

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, kvotanın tətbiqi paytaxtda avtomobil nəqliyyatı xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin artırılması, ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə daşımalarda nəqliyyat növləri üzrə sərnişin axınlarının paylanmasının optimallaşdırılması məqsədini daşıyır və "Avtomobil nəqliyyatı haqqında" Qanunun müvafiq maddəsinə uyğun olaraq tənzimlənir. Nəqliyyat növləri arasında balanslaşdırılmış daşıma siyasətinin təmin edilməsi üçün kvota tətbiqi təcrübəsi dünya ölkələrində də geniş istifadə olunur.

"Xatırladaq ki, "Avtomobil nəqliyyatı haqqında" Qanuna əsasən, taksi minik avtomobilləri ilə sərnişindaşıma fəaliyyətə göstərmək istəyən hüquqi və fiziki şəxslər daşımaya icazə üçün buraxılış vəsiqəsi, daşımaları yerinə yetirmək üçün taksi nəqliyyat vasitələrinə isə buraxılış vəsiqəsinin əlavəsi hesab olunan buraxılış kartı almalıdırlar.

Məlumat üçün bildiririk ki, taksi sahəsində islahatların başlanıldığı ötən dövr ərzində mühüm nəticələr əldə olundu. Belə ki, taksi ilə sərnişin daşımaları sahəsində icazələrin tətbiqinə və bu istiqamətdə fəaliyyət göstərən daşıyıcıların və onların nəqliyyat vasitələrinin müvafiq qaydada uçotuna başlanıldı, davamlı nəzarətin qurulması təmin edildi. Taksi fəaliyyəti göstərən sürücülər isə peşəkar səviyyələrinin yüksəldilməsi məqsədilə xüsusi hazırlıq proqramlarına əsaslanan təlimlərə cəlb olundu və imtahan nəticəsində şəhadətnamələr əldə edərək sərnişindaşımaları həyata keçirməyə başladılar. Bütün proseslərə tam nəzarətin təmin edilməsi məqsədilə 'E-taksi' alt sistemi yaradıldı. Bütün taksi icazələri fiziki təmas olmadan onlayn qaydada həyata keçirilir.

İslahatların həyata keçirilməsindən əvvəl taksi parkının 62%-nin istismar müddəti 15 ildən artıq olduğu halda, islahatlardan ötən qısa zaman kəsiyində mühüm nailiyyət oldə olundu və artıq taksi parkının 67%-nin istismar müddəti səkkiz il təşkil edir. Görülən tədbirlər nəticəsində taksi parkı yeni və ekoloji baxımdan təmiz avtomobillərlə əvəz olunub.

14 oktyabr 2025-ci il tarixinə olan məlumata əsasən, taksi daşımalarına Bakı şəhəri üzrə verilmiş buraxılış vəsiqələrinin sayı 19 554, nəqliyyat vasitələrinə verilmiş buraxılış kartlarının sayı isə 34 014-dür. Bu avtomobillərin təxminən 55%-i və ya 18 825 ədədi son beş ildə istehsal olunan nəqliyyat vasitələridir.

Əgər islahatlardan əvvəl taksi parkında fərqli nəqliyyat vasitələrini görmək mümkün idisə, islahatlar nəticəsində Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilmiş ağ və qırmızı rəngli nəqliyyat vasitələri artıq taksi parkının 79%-ni təşkil edir.

Taksi fəaliyyəti sahəsində şəffaflığın və xidmət keyfiyyətinin daha da artırılması məqsədilə yeni elektron mexanizmlərin tətbiqi həyata keçirilir (sürücü və nəqliyyat vasitəsinin tanınması, taksi üçün "rəqəmsal əkiz"). Hazırda texnoloji həllər vasitəsilə ümumi nəzarətin artırılması üzərində iş aparılır.

Bu günədək həyata keçirilən islahatlar özünü doğruldub və mühüm nailiyyətlər əldə olunub. Hazırda isə kvotanın tətbiqi nəqliyyat növləri arasında balanslaşdırılmış siyasətin həyata keçirilməsinə şərait yaratmaqla yanaşı keyfiyyətli taksi xidmətinin təmin olunmasına öz töhfəsini verəcək.

Qeyd edək ki, kvotanın tətbiqi verilmiş icazələrin kvotadan artıq hissəsinin ləğvini nəzərdə tutmur və hazırda icazə almış bütün daşıyıcılar onlara məxsus nəqliyyat vasitələri ilə daşımaları həyata keçirməyə davam edəcəklər. Kvotaya uyğunlaşma isə "Lisenziyalar və icazələr haqqında" Qanunun müəyyən etdiyi tələblərə uyğun həyata keçiriləcək. Yeni icazələrin verilməsi növbəlilik əsasında təmin ediləcək", -deyə məlumatda bildirilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            210 14.10.25 18:37