Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

İrəvandan Zəngəzur açıqlaması: Ruslar Mehridən çıxarılır?

04.10.2025 21:53 531
İrəvandan Zəngəzur açıqlaması: Ruslar Mehridən çıxarılır?
“Ümid edirik ki, TRIPP (“Tramp yolu və ya Zəngəzur dəhlizi) layihəsinin həyata keçirilməsi regional kommunikasiyaların təkcə bir hissədə deyil, həm də ümumi regional kommunikasiyaların blokdan çıxarılmasına töhfə verəcək”.

Median.Az
"Teleqraf"a istinadən xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan deyib.

“Söhbət təkcə Ermənistan, Azərbaycan və Cənubi Qafqazdan getmir. Bu gün ölkələr daha çox marşrutlar, alternativ əlaqələr axtarırlar. Bu, daha böyük layihənin, Orta dəhliz və Asiyanı Avropa və əksinə birləşdirməyi hədəfləyən digər layihələrin bir hissəsi ola bilər. Ermənistanda həyata keçirilən istənilən kommunikasiya layihəsi Ermənistanın suverenliyi altında qalır. Bu, bizim üçün çox vacibdir. Digər texniki detalları müzakirə edəcəyik, kimin və necə işlədiyinə qərar verəcəyik”, - Badalyan qeyd edib.

Razılaşmaya əsasən, hazırda Rusiya əsgərləri Ermənistanın İranla cənub sərhədində patrul həyata keçirir. Sülh müqaviləsi bu əsgərlərin gedəcəyi anlamına gəlirmi?

Ani Badalyan suala belə cavab verib: “Bu, Rusiya ilə ikitərəfli müqavilə ilə tənzimlənir, ona görə də bu, bizim parafladığımız sülh sazişinə aid deyil”.

Bəs sülh sazişi sovet dövründə yaradılmış və əvvəllər Ermənistanın İranla cənub sərhədində işləyən dəmir yolunu (Mehri) bərpa edəcəkmi?

“Əlbəttə, ərazinin logistikasını öyrənirik. Bu, tranzit marşrut olacaq. Eşitdiyiniz mənada dəhliz deyil. Ermənistan Respublikasının suverenliyi altında olan marşrut”, - sözçüsü suala cavabını söyləyib.скачать dle 11.3
Mojo.az Banner