Mojo.az — elanlar
RU
Son Xəbərlər
22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |     20:18 Deputatın oğlunun iştirakı ilə dəhşətli cinayətdə öldürülən Ceyhunla bağlı şok detal  |     20:12 İnfantino Bakıda keçirilən dünya çempionatının əhəmiyyətindən danışdı  |     19:56 Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldılar - DTX-dən əməliyyat  |    
Mojo.az Avto
Mojo.az Avto

Hakerlər ChatGPT vasitəsilə e-poçtunuzu necə oxuya bilər? - Ekspert açıqladı

15.09.2025 22:52 663
Hakerlər ChatGPT vasitəsilə e-poçtunuzu necə oxuya bilər? - Ekspert açıqladı
Təhlükəsizlik tədqiqatçısı Eito Miyamura göstərib ki, hakerlər "Google Calendar" üzərindən göndərilən zərərli dəvət vasitəsilə ChatGPT-ni aldadaraq istifadəçinin şəxsi məktublarına çıxış əldə edə bilərlər.

Miyamuranın "X" sosial şəbəkəsində paylaşdığına görə, hücum belə həyata keçirilir: cinayətkar təqvimdə xüsusi təlimatlar yerləşdirilmiş tədbir yaradır və qurban assistentdən hər hansı tapşırıq icra etməsini xahiş edəndə, ChatGPT həmin təlimatları oxuyur və "Gmail"ə, o cümlədən şəxsi yazışmalara çıxış əldə edə bilir.

Mütəxəssisin sözlərinə görə, belə hücum üçün hakerə yalnız qurbanın e-poçt ünvanını bilmək kifayətdir.

Söhbət ChatGPT-nin "Gmail" və "Google Calendar" ilə birbaşa inteqrasiyasından gedir. Bu funksiya, məsələn, "Mənim bu gün təqvimimdə nə var?" kimi suallara əlavə əməliyyatsız cavab verməyə imkan yaradır.

Lakin bu avtomatlaşdırma risk də daşıyır. Əgər ChatGPT-yə təqvimə çıxış icazəsi verilibsə, zərərli dəvətə yerləşdirilən gizli komanda – yəni indirect prompt injection – vasitəsilə assistent istənilmədən hakerin göstərişlərini yerinə yetirə bilər.

"OpenAI" xəbərdarlıq edir ki, bu funksiyanı parametrlərdə söndürmək mümkündür və bununla da ChatGPT-nin poçt və təqvim məlumatlarından avtomatik istifadə etməsi dayandırıla bilər. Miyamura əlavə olaraq "Google" tərəfdən də təhlükəsizlik addımlarını tövsiyə edir: yalnız tanış kontaktlardan tədbir dəvətilərinə icazə vermək və rədd edilmiş dəvətləri gizlətmək.

Ekspertlərin vurğuladığına görə, bu hücum nə ChatGPT-ni, nə də "Gmail"i birbaşa sındırmır. Problem ondadır ki, xarici mənbələrlə işləyə bilən istənilən alət həmin mənbələrdə gizlədilmiş təlimatlara həssas ola bilər.
//valyuta.az

Son xəbərlər