Çimərliklərdə bu qaydaları pozanlar cərimələnə bilər
Yay mövsümünün başlaması ilə çimərliklərdə insan sıxlığı artıb və təəssüf ki, boğulma halları da qeydə alınmağa başlayıb. Əksər faciələr sadə təhlükəsizlik qaydalarına əməl edilməməsi səbəbindən baş verir.
Mövzu ilə bağlı təhlükəsizlik üzrə ekspert Orxan Musayev Median.Az-ın suallarını cavablayıb.

İnsanlar çimərliyə gedərkən ən çox hansı təhlükəsizlik qaydalarını pozurlar?
Valideynlər uşaqların təhlükəsizliyi üçün hansı tədbirləri görməlidirlər?
Hansı hava və dəniz şəraiti çimmək üçün təhlükəli hesab olunur?
Güclü axına düşən şəxs panikaya qapılmadan nə etməlidir?
Boğulan insanı xilas etməyə çalışan şəxslərin ən çox etdiyi səhvlər hansılardır?
Azərbaycanda ən təhlükəli çimərlik zonaları və riskli ərazilər hansılardır?
Orxan Musayev bildirib ki, çimərliklərdə baş verən faciələrin böyük əksəriyyəti insan faktorundan qaynaqlanır. Yəni, qarşısı alına biləcək səhvlər ucbatından insanlar təhlükəli vəziyyətlə üz-üzə gəlirlər.
Ekspert əlavə edib ki, dəniz istirahəti insanların diqqətini cəlb edən məkanlardan biri hesab olunur. Amma bu gözəllik tez və qəfil şəkildə insanların həyatına təhlükələr yarada bilər.
Musayevin sözlərinə görə, bəzən insanlar dənizdə istirahət edərkən dənizin təhlükəli bir tərəfinin olmasını unudurlar. Təəssüf ki, spirtli içki qəbul edərək suya girmək, uşaqları nəzarətsiz buraxmaq qadağan olunmuş ərazilərdə çimmək hələ də adi bir davranış hesab olunur.
Mütəxəssis vurğulayıb ki, insanlar yalnız nəzarət olunan, rəsmi şəkildə fəaliyyət göstərən çimərliklərdən istifadə etməlidirlər. Çünki bu məkanlarda FHN-in xüsusi xilasedici heyəti mövcuddur. Hər hansısa bir fövqəladə hal baş verərsə, çevik şəkildə müdaxilə etmə imkanları var.
Nəzarətsiz çimərliklərdən bəhs edən O. Musayev qeyd edib:
"Nəzarətsiz çimərliklərdə xilasedicilər mövcud olmadığına görə, hər hansısa fövqəladə hal baş verərsə, insan həyatını xilas etmək mümkün olmur. Nəzarət olunan çimərliklərdə isə suyun dərinlik dərəcəsi müəyyən olunur və ayaq altında insanlara xəsarət yetirəcək daşlar, daş qırıntıları, qayalar təmizlənmiş şəkildə olur.
"Dənizə girməzdən əvvəl Hava şəraiti, küləyin gücü, dalğanın hündürlüyü nəzərə alınmalıdır. Hətta peşəkar üzgüçülər belə meteoroloji faktorların təsirindən özlərini itirə bilirlər", — deyə o, əlavə edib.
Ekspert sonda maarifləndirmə məsələsinə toxunaraq deyib:
"Maarifləndirici və təbliğat xarakterli işlər daha da dərinləşdirilməlidir. İnsanlar təkcə" dalğa var, üzmək olmaz" kimi xəbərdarlıqlara yox, bu dalğaların insan bədəninə təsirini də bilməlidirlər. Axına düşəndə nə baş verdiyini, boğulma zamanı bədəndə hansı proseslər gedirsə, bunlardan agah olmalıdırlar. Çimərliklərdə insanlar tərəfindən qaydalar pozulduqda, məsələn, qadağan olunmuş çimərliklərdə istifadə və yaxud da alkoqol qəbul edib suya girdikdə bu hallara həm ictimai qınaq, həm də inzibati qaydada cərimə tədbirləri görülməlidir ki, insanlar bu davranışlardan çəkinsinlər. Boğulma hadisələrinin çoxu saniyələr içində səssiz və xəbərdarsızlıqdan baş verir. Yəni, insanlar qışqırmır və sadəcə olaraq suyun altında itir. Hər il baş verən faciələrin təkrarlanması ehtiyatsızlıq Və "heç nə olmaz" düşüncəsidir ki, bunlardan qurtulmalıyıq".
Dəniz Pənahova
Median.Az