Mojo.az Banner
23:03 “Windows 11”də donmaların səbəbi bəlli oldu  |     22:59 Daha bir ölkə “Eurovision”ı boykot etdi  |     22:51 Elektron siqaret satan şəxs cərimələndi  |     22:46 Kartdan istifadə etmədən pul çıxılır? - “BakıKart” məsələyə aydınlıq gətirdi  |     22:39 Tələbə adını qazananların DİQQƏTİNƏ  |     22:33 Bakıda bu küçədən 2 ildir niyə avtobus keçmir? - Sakinlər şikayət edir - VİDEO  |     22:28 “iPhone 18 Pro” seriyası bu rənglərlə satışa çıxacaq  |     22:20 Attraksion aşdı, bacı-qardaş yaralandı - VİDEO  |     22:15 Elektromobillər üçün yeni texnologiya: Hərəkətdə olarkən şarj olunacaq  |     22:07 Borcunu ödəyə bilməyənlərə güzəşt ediləcək? - İqtisadçı şərtləri açıqladı  |     22:02 Azərbaycanın bu kəndində 150 min adam yaşayır  |     21:56 Maradonanın tarix yazan topu rekord qiymətə SATILDI  |     21:44 Allergenlərin qida məhsullarının etiketində göstərilməsinə dair yeni tələblər müəyyənləşdirilib  |     21:38 İsraildə "Qafqaz mafiyası"nın başçısı qətlə yetirildi  |     21:31 Bakıda 40 küçə və prospektdə yolların təmir işləri başa çatdırılıb  |     21:28 Kəlbəcərin ilk və yeganə məzunu tələbə adını qazanıb  |     21:24 Qusarda vəhşilik: Atın gözü bıçaqla çıxarıldı - VİDEO  |     21:12 Sərnişinlərin DİQQƏTİNƏ: Qatarların hərəkətində MÜVƏQQƏTİ DƏYİŞİKLİK  |     21:00 Oğurluqda təqsirləndirilən şəxs Rusiyadan Azərbaycana ekstradisiya ediləcək  |     20:52 İnterpolun axtarışında olan azərbaycanlı Ukraynadan ölkəmizə ekstradisiya ediləcək  |    
Left Banner
Right Banner

Daha bir ölkə “Eurovision”ı boykot etdi

24.08.2026 22:59 156
Daha bir ölkə “Eurovision”ı boykot etdi
Niderland 2027-ci ildə keçiriləcək “Eurovision” Mahnı Müsabiqəsində iştirak etməyəcəyini açıqlayıb. Ölkənin ictimai yayımçısı “AVROTROS” bu qərarın Qəzzadakı müharibə və mətbuat azadlığına qoyulan məhdudiyyətlərlə bağlı olduğunu bildirib.

“AVROTROS”un bəyanatında böyükmiqyaslı hərbi münaqişənin tərəfi olan İsrailin müsabiqədə iştirakını davam etdirməsinin “Eurovision”un tərəfsizlik prinsipinə xələl gətirdiyi qeyd olunub.

Bu səbəbdən yayımçı təşkilat yarışmaya qatılmayacaq. Bildirilib ki, “AVROTROS” ötən il müsabiqəni təşkil edən Avropa Yayım Birliyindən (EBU) hərbi münaqişələrdə tərəf olan ölkələrin iştirakı ilə bağlı şəffaf qaydalar hazırlanmasını tələb edib. Lakin EBU-nun yaxınlarda açıqladığı dəyişikliklərin müsabiqənin müstəqil və tərəfsiz xarakterini bərpa etmək üçün kifayət qədər əminlik yaratmadığı vurğulanıb.“AVROTROS” mövcud şərtlər daxilində yarışmada iştirakın təşkilatın etibarlılıq, müstəqillik və humanizm dəyərləri ilə uzlaşmadığını bəyan edib. Qəzzada yaşanan ağır humanitar böhran və mətbuat azadlığına qoyulan məhdudiyyətlərin son illərdə “Eurovision” ətrafındakı fikir ayrılıqlarını daha da dərinləşdirdiyi diqqətə çatdırılıb.

Açıqlamada həmçinin qeyd olunub ki, 2026-cı il müsabiqəsində beş ölkənin iştirakdan imtina etməsi, bəzi keçmiş qaliblərin kuboklarını geri qaytarması və 1000-dən çox musiqiçi ilə mədəniyyət xadiminin EBU-ya ünvanladığı açıq məktub bu parçalanmanın bariz nümunələridir.

“AVROTROS” boykot qərarını Niderland İctimai Yayım Qurumları Birliyinə (NPO) təqdim edib. Niderland təmsilçisinin 2027-ci ildə başqa bir yayımçı vasitəsilə müsabiqəyə qatılıb-qatılmayacağına isə NPO qərar verəcək.“AVROTROS”un baş direktoru Tako Zimmerman qərarla bağlı açıqlamasında “Eurovision”un xalqları və ölkələri bir araya gətirmək məqsədi ilə yaradıldığını xatırladıb. Onun sözlərinə görə, beynəlxalq münaqişələrin yarışmaya getdikcə daha çox təsir göstərməsi və onun tərəfsizliyinə zərər vurması danılmaz faktdır.Zimmerman “Eurovision”un artıq bir bölünmə platformasına çevrildiyini qeyd edib. O, bu qərarın yayımçı üçün ağrılı olduğunu, lakin gələcəkdə yenidən müsabiqənin bir hissəsi olmaq istədiklərini vurğulayıb.

Qeyd edək ki, Niderland, İslandiya, İspaniya, İrlandiya və Sloveniya İsrailin iştirakına etiraz olaraq 2026-cı ildə keçirilən “Eurovision”da iştirak etməyib. Avstriyanın paytaxtı Vyanada təşkil olunan həmin müsabiqənin qalibi isə “Bangaranga” mahnısı ilə Bolqarıstan təmsilçisi Dara olub.2027-ci il “Eurovision” Mahnı Müsabiqəsinin mayın 15-də Bolqarıstanın Qara dəniz sahilində yerləşən Burqas şəhərində keçirilməsi planlaşdırılır.
//sfera.azскачать dle 11.3
Mojo.az Banner