Mojo.az — elanlar
Son Xəbərlər
19:55 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib  |     19:36 Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - Foto  |     19:20 Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb  |     19:07 İcbari tibbi sığorta ilə alınan dərmanların siyahısı genişləndiriləcək  |     19:04 Sabah paytaxtın iki rayonunda qaz olmayacaq  |     18:51 Bakıda manatlıq taksidə 16 yaşlı oğlana qarşı seksual xarakterli təzyiqdə şübhəli bilinən sürücü saxlanıldı  |     18:15 İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib  |     17:58 Otaq yoldaşını öldürüb parçaladı, adından mesaj yazıb, maaşını aldı - MƏHKƏMƏ  |     17:39 MŞ jurnalistlərin adından saxta WhatsApp hesablarının yaradılması ilə bağlı xəbərdarlıq edib.  |     17:35 Azərbaycanın Qoşulmama Hərəkatı ilə Gənclər Təşkilatı Katibliyi haqqında Ev Sahibi Ölkə Sazişi təsdiqlənib  |     17:33 “Brain Academy”də 2 yaşlı uşağa zorakılıq edən işçi işdən çıxarıldı  |     17:26 Yevlaxda qeysəriyyə əməliyyatı zamanı uşaq ölüb  |     17:23 Çexiyaya köçən azərbaycanlı miqrant qadın əri tərəfindən qətlə yetirildi, 3 övladından xəbər yoxdur  |     17:18 Tikinti və təmir adı altında vətəndaşların pulunu ələ keçirən şirkət rəhbəri saxlanılıb  |     17:13 “Lyuk”a düşüb xəsarət alan məmur xanımına görə - AAYDA rəsmisi cəzalandırılıb  |     16:55 Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb  |     16:49 “Bura od vurub yandıracağam” – Şahidlər sirləri açır  |     16:46 Deputat icra hakimiyyətlərinin ləğv olunması ehtimalından DANIŞDI  |     16:28 TƏBİB-dən sonra növbə hansı qurumlarındır? – Deputat AÇIQLADI  |     16:26 Azərbaycan qripə qarşı yeni vaksinlər aldı  |    
Mojo.az Avto
Mojo.az Avto

"Avroviziya 2026" ləğv edilmək təhlükəsi altındadır

13.09.2025 14:12 630
Niderland "Avroviziya 2026"nı boykot etməyi düşünür.

Ölkənin "AVROTROS" yayım şirkəti müsabiqədə imtina barədə məlumat yayıb. Bildirilib ki, buna səbəb Qəzza zolağında davam edən münaqişə fonunda İsrailin iştirak etməsi olub.

"Mövcud şəraitdə baş verənlərin ciddi humanitar nəticələrini nəzərə alaraq, biz artıq İsrailin iştirakına haqq qazandıra bilmərik" deyə, məlumatda yazılıb.

Bundan əlavə, Niderland tərəfi mətbuat azadlığının məhdudlaşdırılmasından və İsrail hakimiyyətinin "Avroviziya 2025"in təşkilinə guya müdaxiləsindən narahatlığını bildirib. Yayımçının sözlərinə görə, müsabiqədən siyasi məqsədlər üçün istifadə edilib ki, bu da onun ruhuna ziddir.

İspaniya hakimiyyəti də analoji mövqedən çıxış edib. Mədəniyyət naziri Ernest Urtasun və baş nazir Pedro Sançes açıq şəkildə İsraili iştirakçılar siyahısından çıxarmağa çağırıblar. Madriddən sonra İrlandiya və Sloveniyadakı televiziya şirkətləri mümkün boykotu dəstəkləyiblər. İrlandiyanın RTE telekanalı İsrailin iştirakını "əxlaqsızlıq” adlandırıb.

Qeyd edək ki, 70-cisi keçiriləcək "Avroviziya" müsabiqəsi 2026-cı ilin mayına planlaşdırılıb. Musiqili tədbirin ev sahibi Vyana olacaq. Avstriyanın paytaxtı üçüncü dəfə bu foruma ev sahibliyi edəcək.

Son xəbərlər