Mojo.az — elanlar
RU
Son Xəbərlər
12:13 Eyni dərman apteklərdə niyə fərqli qiymətə satılır? - Tarif Şurasından açıqlama  |     11:59 İlham Əliyev Aleksander Van der Belleni təbrik etdi  |     11:57 Dünya çempionatı: Azərbaycanın daha üç yunan-Roma güləşçisi mübarizəyə başlayır  |     11:55 Kimlərin pensiyalarına əlavələr ediləcək və məbləğ nə qədər olacaq?  |     11:35 Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edilib - Davadan yeni görüntülər (Video)  |     11:30 Payızda yuxusuzluğun əsas səbəbləri açıqlandı  |     11:28 Şahbuzda ayılar yol kənarında görüntüləndi – Video  |     11:26 Abşeronda qaz problemi: "Ödədiyimiz 31 min manatın da aqibətindən xəbərsizik" - Video  |     11:22 "Piter Elçin"in qardaşını öldürən şəxslə bağlı qərar ləğv edildi: Səbəb  |     11:07 Bakıda yolların birində hərəkət tam məhdudlaşdırılır  |     11:01 Arzuxan Əlizadənin həbsdəki oğlu ilə bağlı yeni detal  |     23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Maradonanın tarix yazan topu rekord qiymətə SATILDI

24.08.2026 21:56 372
Maradonanın tarix yazan topu rekord qiymətə SATILDI
Dieqo Maradonanın 1986-cı il dünya çempionatında qol vurduğu top hərracda 3,3 milyon dollara satılıb.

Bu barədə BBC məlumat yayıb.

Dərc olunmuş məlumata əsasən, ilkin olaraq topu 10 milyon dollara satmaq planlaşdırılırdı.


Argentinalı futbolçu dörddəbir final matçında bu top ilə İngiltərə yığmasının qapısına iki qol vurmuşdu. Qollardan birini o, əli ilə vurmuşdu – qapıya edilən bu zərbə “Tanrının əli” adını qazanmışdı. Top bütün bu müddət ərzində həmin oyunu idarə edən baş hakimdə saxlanılmışdı.

Argentina nəticədə 1986-cı il dünya birinciliyinin qızıl medalını qazanmışdı.

Maradona “Arxentinos Xuniors”, “Boka Xuniors”, “Barselona”, “Napoli”, “Sevilya” və “Nyuells Old Boyz” klublarında, həmçinin Argentina millisində çıxış edib. O, 1986-cı ilin dünya çempionu, 1990-cı ilin dünya vitse-çempionu, 1979-cu il gənclər arasında dünya çempionu, 1986-cı il dünya çempionatının ən yaxşı oyunçusu, 1979 və 1980-ci illərdə Cənubi Amerikada ilin futbolçusu olub./bizimmedia

Son xəbərlər