Mojo.az Banner
20:51 Kirayə yaşadıqları mənzili satdılar: 196 minlik dələduzluğun detalları  |     20:45 Bibiheybət məscidindən və "Dəniz Mall"ın namaz otağından oğurluq etdi - "Hacı" həbs edildi  |     20:37 Taksidə turistlərlə mübahisə edən 62 yaşlı sürücü 15 gün həbs edildi  |     20:32 Hansı rayonların icra başçısı yoxdur?  |     20:24 Azərbaycanda ən çox alınan avtomobillər (SİYAHI)  |     20:19 Qəhvə əslində enerji vermir: Kofein yorğunluq hissinə necə təsir edir?  |     20:11 "Gəzə bilmirəm" - Abid Şərifov  |     20:06 Azərbaycan çempionatında IX turun oyun cədvəli  |     19:58 Kiyev cəbhə şəhərinə çevrilir  |     19:53 Şagird məktəbdə müəllimini öldürdü - Slovakiyada  |     19:47 Sabah yağış yağacaq  |     19:39 Bakıdakı bu evlər söküləcək - VİDEO  |     19:34 Qubada 63 yaşlı kişi ağacdan yıxılaraq öldü  |     19:25 188 mindən çox şəxsə pensiya və müavinət ödənilib  |     19:20 Payızda saç tökülməsi niyə artır? - Trixoloq açıqladı  |     19:14 Bakıda hazırda bəzi yollarda sıxlıq var - SİYAHI  |     19:14 18 yaşlı tələbə qızın meyiti soyuducuda tapıldı  |     19:07 Qazaxın azad edilən kəndlərində yeni mərhələ: Söküntü işlərinə başlanılır  |     18:58 Mal əti niyə bahalaşır? - Video  |     18:50 Xalq artistinin səhhəti ilə bağlı ÜZÜCÜ AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Dünya futbolunun əfsanəsi Dieqo Maradona 60 yaşını qeyd edir - VİDEO

30.10.2020 22:15 1 632
Dünya futbolunun əfsanəsi Dieqo Maradona 60 yaşını qeyd edir - VİDEO
Əfsanəvi hücumçu Dieqo Maradona oktyabrın 30-da 60 yaşını qeyd edir.

Argentinalı “Boka Xuniors”, “Barselona”, “Napoli” klublarında və milli komandadakı çıxışları ilə məşhurlaşıb.

Onun futbol həyatı 10 yaşında Qoyo Karrizo adlı dostu vasitəsilə o vaxtlar “Los Kebollitas” komandasının baş məşqçisi olmuş Fransis Korneho ilə tanış olmasından sonra başlanıb.

“Los Kobollitas” onun çıxış etdiyi müddətdə 136 oyunun heç birində uduzmayıb. 1976-cı ildə “Argentinos Xuniors” klubunda ölkə çempionatı matçına çıxan Maradona 1979-cu ildə keçirilən gənclər arasında dünya çempionatına qatılıb.

Maradona karyerası boyu dörd mundialda çıxış edib. O, 1986-cı ildə Dünya Kubokunu qazanıb. 1990-cı ildə isə onun komandası gümüş medallarla kifayətlənib.

22 iyun 1986-cı ildə argentinalı Dünya çempionatının dörddə bir finalında İngiltərə millisinin qapısına iki qol vurub. Onlardan biri tarixə “Tanrının əli”, digəri isə “yüzilliyin qolu” kimi düşüb.

O, Argentina millisinin şərəfini qoruduğu 91 matçda 34 qol vurub.

Avropada isə Maradona “Barselona”, “Napoli” və “Sevilya” klublarının şərəfini qoruyub.

Maradona 1982-ci ildə o dövr üçün rekord məbləğə – dörd milyon dollara İspaniya “Barselona”sına transfer olub. İki il sonra İtaliya “Napoli”sinə keçən Maradona Neapolda 1991-ci ilədək qalıb.

Ən uzun çıxışı “Napoli”də olan Maradona burada iki dəfə İtaliya çempionu olub, 1989-cu ildə isə UEFA kubokunu qazanıb.

Məşqçi kimi əfsanəvi futbolçu öz vətənində, həmçinin BƏƏ və Meksikada çalışıb. 2010-cu ildə onun rəhbərliyi ilə Argentina millisi Dünya çempionatında dörddə bir finala çıxıb.

Eniş-çıxışlarla, qalmaqallarla zəngin həyatına baxmayaraq, Maradona 2000-ci ildə FİFA tərəfindən braziliyalı Pele ilə birgə XX əsrin ən yaxşı futbolçusu seçilib. Lakin o, təntənəli mərasimdə öz mükafatını aldıqdan sonra Pelenin də təltif olunmasını gözləmədən zalı tərk edib. Futbolçu ertəsi gün verdiyi açıqlamada yalnız özünü dünyanın ən yaxşı futbolçusu hesab etdiyi üçün belə addım atdığını bildirib.

Pele isə Maradonanın Argentina millisinə baş məşqçi təyin olunmasını belə şərh edib:

“Güclü və əfsanəvi futbolçular baş məşqçilikdə bir o qədər zəifdirlər”.
скачать dle 11.3
Mojo.az Banner