Mojo.az Banner
18:00 Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşüb  |     17:41 Azərbaycan Ordusunun hərbçisi vəfat etdi - FOTO  |     16:34 Moskvada "Ferrari" ilə qəza törədən repçi Nəvai məhkəməyə verildi  |     16:08 Azərbaycanda dövlət qurumu ləğv edildi  |     16:00 Meteohəssas insanların NƏZƏRİNƏ  |     15:57 Bakıda mağazadan terminal oğurlandı - Video  |     15:50 Valideynlərin DİQQƏTİNƏ: Məktəbəhazırlıq qruplarına qəbulun vaxtı AÇIQLANDI  |     15:45 Səhiyyə Nazirliyinin sabiq idarə rəisi məhkəmə zalında həbs olundu  |     15:43 Bakıda 38 yaşlı qadın dənizdə batdı  |     15:42 Küçədə keçmiş arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxsin vəziyyəti açıqlandı  |     15:33 Bəzi məhsulların sənədi olmadan ölkəyə gətirilməsi QADAĞAN EDİLİR  |     15:32 ƏDV ilə bağlı qərar: Yeni köçürmə imkanı yaradılır  |     15:21 "Psixiatriya yardımı haqqında" Qanun dəyişir - Milli Məclis TƏSDİQLƏDİ  |     15:19 Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı artıb  |     15:15 İsmayıllıda BƏDBƏXT HADİSƏ: 5 yaşlı uşaq HOVUZDA BOĞULDU  |     15:12 Azərbaycandan tranzit keçməklə Ermənistana yeddi vaqon buğda göndəriləcək  |     14:45 Yaxın Şərqdə gərginliyin artması nefti bahalaşdırdı  |     14:25 Tarixi abidələrlə bağlı YENİ QƏRAR  |     13:18 Gəncədə yas məclisində zəhərlənənlərin SON DURUMU - RƏSMİ AÇIQLAMA  |     12:41 Rusiyada güclü zəlzələ oldu  |    
Left Banner
Right Banner

İranda hakimiyyətə qarşı çıxan dörd gənc barəsində edam hökmü çıxarılıb

05.08.2025 19:30 1 134
İranda hakimiyyətə qarşı çıxan dörd gənc barəsində edam hökmü çıxarılıb
İranın Sistan və Bəlucistan əyalətlərində dörd yerli sakin barəsində edam hökmü çıxarılıb.

Məlumatı “İran İnternational” yayıb.

Bildirilib ki, Məhəmməd Dərvişnaravi, Yasin Kabadani, Fərhad Baranzehi və İmran Ağa hakimiyyətə qarşı siyasi və “Ceyşül Ədl” silahlı qruplaşması tərkibində mübarizə aparmaqda təqsirli bilinərək barələrində ölüm hökmü çıxarılıb.

Məlumata görə, onlar 22-24 yaşlarındadır və işgəncəyə məruz qaldıqlarını etiraf ediblər.

Vurğulanıb ki, onlar Sistan və Bəlucistan əyalətinin Rask şəhərindəndir. Hazırda Zahidan mərkəzi həbsxanasında saxlanılırlar.

Məlumata görə, son aylarda İranda edamların sayının artması, həmçinin siyasi məhbuslara ölüm hökmünün verilməsi və təsdiqlənməsi həm ölkə daxilində, həm də xaricində etirazlara səbəb olub.

Ölüm hökmlərinə qarşı etirazın son nümunələrindən birində siyasi məhbus Mehdi Mahmudian avqustun 3-də Böyük Tehran həbsxanasından yazdığı məktubda bildirib: “Bu ölkədə dar ağacı olduğu müddətcə hamımız bir az ölüyük”.

O, məktubunda Böyük Tehran həbsxanasındakı siyasi məhbus Babək Şahbaziyə ölüm hökmünün verilməsini də açıqlayıb.

Şahbazi Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsinin rəhbəri Abulqasim Salavati tərəfindən ölüm cəzasına məhkum edilib.скачать dle 11.3
Mojo.az Banner