Mojo.az Banner
21:54 Qubada kişi otbiçən mişarla qadına hücum edib - Təfərrüat  |     21:46 Ramzan Kadrov qızını Çeçenistanın ən yüksək ordeni ilə təltif etdi  |     21:41 Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı  |     21:27 Naxçıvanda suyun verilişində fasilə yaranacaq  |     21:19 Süni intellekt artıq hüquqlara malikdir: Təhqir qadağan edildi  |     21:13 Super El-Nino yarım milyona yaxın insanın ölümünə səbəb ola bilər  |     21:08 AZAL-ın Moskva reysləri təxirə salındı: Təyyarələrdən biri məcburi eniş etdi  |     21:05 "Bigo Live"da qadını və ailəsini təhqir etdi -15 gün həbs olundu  |     21:00 Kafe, dərzi sexi və mağazadan oğurluq edən şəxsə hökm oxundu  |     20:53 Ürək sağlamlığı üçün yaşıl çayı nə vaxt içmək daha yaxşıdır?  |     20:48 Sumqayıtda xəstəxanada müalicə alan 11 uşaq dərmandan zəhərləndi  |     20:40 Zaqatalada avtomobili dirəyə çırpılıb, xəsarət alan var  |     20:35 Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələndi  |     20:22 Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alındı  |     20:14 Paltarını yumadığı üçün arvadını baltaladı - Qadın şikayətçi olmadı  |     20:09 Şəhid atası vəfat etdi  |     20:02 Velosiped qəzalarında 9 nəfər ölüb  |     19:56 Şənbə günü yağış yağacaq, şimşək çaxacaq  |     19:51 İran uranın zənginləşdirilməsindən imtina etməyəcək  |     19:43 Dərsə getməyən şagirdlərin valideynlərinin nəzərinə: Cərimə oluna bilərsiniz (VİDEO)  |    
Mojo.az Avto
Mojo.az Avto

1724-cü ildə yerə düşən meteoritdə unikal xüsusiyyətlərə malik material tapıldı

01.08.2025 22:19 777
1724-cü ildə yerə düşən meteoritdə unikal xüsusiyyətlərə malik material tapıldı
Alimlər qeyri-adi kristal-şüşə istilik xüsusiyyətlərinə malik materialın mövcudluğunu təsdiqləyiblər. Bu material 1724-cü ildə Almaniyanın Ştaynbaş bölgəsinə düşən meteoritin tərkibində aşkarlanıb.

Bu barədə "Interesting Engineering" məlumat yayıb.

Söhbət silisium dioksidinin nadir forması olan tridimitdən gedir. Kolumbiya Universitetinin Fu Fondunun mühəndislik və tətbiqi elmlər fakültəsinin alimləri apardıqları araşdırmada bildiriblər ki, bu material istilik keçiriciliyinin ənənəvi qaydalarına tabe olmur.

Tədqiqatçılar qeyd ediblər ki, tridimit geniş temperatur intervalında sabit istilik keçiriciliyini saxlayır. Bu xüsusiyyət elektron qurğuların və aerokosmik sənayenin inkişafı üçün faydalı ola bilər.

Xatırladılıb ki, adətən kristalların istilik keçiriciliyi temperatur artdıqca azalır, şüşə isə əksinə – qızdıqca daha yaxşı keçirici olur. Bu kəskin fərq uzun illərdir ki, istilik tənzimləməsinin vacib olduğu sahələr üçün materialların optimallaşdırılmasına mane olurdu.

Alimlər tridimitin istilik keçiriciliyinin temperaturdan asılı olmayaraq sabit qalacağını ehtimal ediblər. Bu fərziyyəni yoxlamaq üçün onlar 1724-cü ildə Almaniyanın Ştaynbaş bölgəsinə düşən meteoritdən götürülmüş tridimit nümunəsi ilə təcrübələr aparıblar.

Təcrübələrin nəticələri alimlərin hipotezini təsdiqləyib: tridimitin atom strukturu kristal ilə şüşə arasında aralıq vəziyyətdədir və onun istilik keçiriciliyi 80 ilə 380 kelvin arasında praktiki olaraq dəyişməz qalır.

Bundan əlavə, tridimitin Marsda da aşkarlandığı vurğulanıb. Onun xüsusiyyətlərinin öyrənilməsi planetin istilik tarixi barədə mühüm məlumatlar verə bilər.
//qaynar.azскачать dle 11.3
Mojo.az Banner