Mojo.az — elanlar
Son Xəbərlər
22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |     20:54 4 rayonda qanunsuz ağac kəsimi aşkarlandı - Təbiətə 40 min manatlıq ziyan  |     20:49 Naxçıvanda bütün sosial müavinətlər ödənildi  |     20:40 Buraxılış və ali məktəblərə qəbul imtahanı üzrə bəzi fənlərin proqramları təsdiqləndi  |     20:35 İordaniyada kilsədə atışma olub - Ölənlər var  |     20:28 Moskvada uçuşlar dayandırıldı - Hava limanları boşaldılır  |     20:22 Göyçayda evlərdən 24 min manat oğurlandı  |     20:14 Azərbaycanda müəllim vəfat etdi  |     20:09 Bu ölkə rus diplomatları "arzuolunmaz" şəxs elan etdi  |     20:01 Amerikalı aktyor vəfat etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Bu şəhərlərdə isti insanı öldürə bilər (SİYAHI)

12.05.2025 21:30 687
Bu şəhərlərdə isti insanı öldürə bilər (SİYAHI)
Son onillikdə dünya üzrə iqlim dəyişikliyinin təsiri ilə temperatur rekordları, uzunmüddətli istilik dalğaları və ekstremal hava şəraiti halları ciddi şəkildə artıb. Bu proses bəzi şəhərləri yaşayış üçün təhlükəli hala gətirib. 

Median.Az xəbər verir ki, "Interesting Engineering" nəşri planetin ən isti və yaşamaq üçün əlverişsiz doqquz bölgəsini təqdim edib.

1. Ölüm vadisi, ABŞ

Şimali Amerikanın ən isti bölgəsidir. 2020-ci ildə burada temperatur +54,4°C-ə çatıb. Uzun sürən quraqlıqlar və yandırıcı günəş bu ərazidə istilik rekordlarını hər il yeniləyir.

2. Ceykobabad, Pakistan

Burada istilik və rütubət birləşərək ölümcül şərait yaradır. 2021-ci ildə temperatur +52°C olmuşdu. Bu səviyyə insan bədəninin normal fəaliyyətini poza biləcək qədər təhlükəlidir.

3. Bəsrə, İraq

Dünyanın ən isti şəhərlərindən biridir. 2023-cü ildə burada +53,9°C qeydə alınıb. Su qıtlığı və tez-tez baş verən elektrik kəsintiləri vəziyyəti daha da ağırlaşdırır.

4. Feniks, ABŞ

Hər il "şəhər sobası" təsiri güclənir. 2021-ci ildə +48,3°C temperatur ölçülüb. Asfalt və beton səthlər, su resurslarının azlığı ilə birlikdə təhlükəli mikroiqlim yaradır.

5. Turbat, Pakistan

2017-ci ildə ölkə üzrə rekord olan +53,7°C ilə qeydə alınıb. Əhalisi az olan bu kasıb bölgə iqlim dəyişikliyinə qarşı çox həssasdır.

6. Əhvaz, İran

2017-ci ildə +53,7°C ilə rekord temperatur müşahidə olunub. Sənaye şəhəri olan Əhvazda hava çirkliliyi, toz fırtınaları və soyutma sistemlərinin yoxluğu həyatı son dərəcə çətinləşdirir.

7. Dehli, Hindistan

2022-ci ildə paytaxt +49°C temperaturla rekord qırıb. Sürətli şəhərləşmə və meşələrin məhv edilməsi Dehlini istilik tələsinə çevirib.

8. Küveyt şəhəri, Küveyt

2016-cı ildə burada +54°C qeydə alınıb – bu, Yer kürəsində ölçülmüş ən yüksək temperatur göstəricilərindən biridir.

9. Dallol, Efiopiya

İllik orta temperaturu +34,6°C ilə planetin ən isti bölgəsidir. İlin demək olar ki, bütün günlərində temperatur +30°C-dən yuxarıdır, bu isə bölgəni yaşayış üçün son dərəcə əlverişsiz edir.

Son xəbərlər