Mojo.az Banner
20:42 Tramp: "Ərdoğana böyük hörmət bəsləyirəm"  |     19:29 Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib  |     19:18 Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib  |     18:48 Zelenski: Kiyevə raket hücumu barədə xəbərdarlıq almadıq  |     18:38 Qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham olunanlara hökm oxundu  |     18:29 QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var  |     18:18 TikTok-da yeni funksiya  |     18:08 Evin qiymətini özbaşına artıran "makler"ləri hansı cəza gözləyir?  |     17:58 Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi  |     17:48 Şavkat Mirziyoyev sabah Azərbaycana gələcək  |     17:40 Tacikistanda zəlzələ oldu  |     17:32 Zakir Həsənov Kambocanın Baş naziri ilə görüşüb  |     17:18 Allahşükür Paşazadə: Vahid məktəbli forması məsələsində hicab qadağası yoxdur  |     17:04 Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanıldı - FOTO  |     16:59 65 mindən çox uşaq vaksinasiya olunub  |     16:52 Ermənistanda saxlanılan hərbçimizin heç kimə zərər vermək niyyəti olmayıb  |     16:48 AFFA "Neftçi"ni 5000 manat cərimələdi  |     16:41 Dünyada hər 7 nəfərdən birində psixi problem var  |     16:36 Dəhşətli qəzadan əvvəl dəfələrlə video paylaşıbmışlar  |     16:30 Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bu yaş dövründə idman edənlərin beyni gec qocalır

28.10.2025 21:38 801
Bu yaş dövründə idman edənlərin beyni gec qocalır
Koqnitiv sağlamlığı, yəni yaddaşın, diqqətin və düşünmə qabiliyyətini qorumaq üçün qayğıya gənc yaşlardan başlamaq vacibdir.

Median.Az
xəbər verir ki, bunu Rusiyanın Koqnitiv Sağlamlıq Mərkəzinin rəhbəri, nevroloq Yuliya Şpilyukova deyib. O bildirib ki, beyin sağlamlığının əsası 20-30 yaş dövründə qoyulur.

Onun sözlərinə görə, koqnitiv geriləmənin qarşısını almağın əsas amillərindən biri fiziki aktivlikdir. Həkim həftə ərzində ən azı 150 dəqiqəlik kardio məşqləri (üzgüçülük, yüngül qaçış, sürətli gəzinti və s.) tövsiyə edir. Bundan əlavə, güc məşqləri və sağlam həyat tərzi vərdişləri də beyin fəaliyyətini dəstəkləyir.

Şpilyukova qeyd edib ki, nizamlı həkim müayinələri, xüsusilə təzyiq, şəkər və xolesterin səviyyəsinin nəzarətdə saxlanması  beynin zədələnmə riskini azaldır.
Mütəxəssis həmçinin görmə və eşitmə problemlərinin vaxtında aradan qaldırılmasının vacibliyini vurğulayıb, çünki informasiya axınının azalması beyin fəaliyyətini zəiflədir.

Bundan əlavə, yuxu rejiminə əməl etmək (7-9 saat yuxu) və sosial əlaqələri qorumaq da mühüm sayılır. Şəxsin cəmiyyətdən təcrid olunması yaddaşın və düşünmənin zəifləməsini sürətləndirə bilər.

"Əgər gündəlik həyatda yaddaş pozğunluğu, təkrarlanma, evdən çıxmaq qorxusu kimi əlamətlər müşahidə edilirsə, həkimə müraciət etmək lazımdır. Erkən diaqnoz beyin funksiyalarının pisləşməsini xeyli ləngidə bilər", - deyə həkim bildirib.

Onun fikrincə, davamlı fiziki aktivlik, müsbət emosiyalar, sosial həyat və sağlam yuxu rejimi uzunmüddətli beyin sağlamlığının əsas açarlarıdır.скачать dle 11.3
Mojo.az Banner