Mojo.az Banner
23:01 Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək  |     22:56 Oktyabrın 10-11-i ilə bağlı ciddi xəbərdarlıq  |     22:50 Bu bürclərin həyatı TAMAMİLƏ DƏYİŞİR - Elə şeylər olacaq ki...  |     22:45 iPhone sevənlərə PİS XƏBƏR  |     22:39 Avropa çempionatı: Qadın boksçumuz finalda  |     22:31 Ağcabədi sakini Bakıda üzərində "Makarov" tapançası ilə saxlanıldı  |     22:26 "Naxçıvan" "Sumqayıt"ı məğlub etdi  |     22:21 Tovuzda yaşayış binasını ildırım vurdu - Xəsarət alan var  |     22:12 "Flydubai" pilotu 11 sentyabr terrorunu təkrar etmək istəyib  |     22:07 Masazırda avtomobil yandı  |     21:59 İnterpol Ermənistanda əməliyyat keçirdi - Qarabağ müharibəsi ilə bağlı silahlar götürüldü  |     21:54 Qubada kişi otbiçən mişarla qadına hücum edib - Təfərrüat  |     21:46 Ramzan Kadrov qızını Çeçenistanın ən yüksək ordeni ilə təltif etdi  |     21:41 Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı  |     21:27 Naxçıvanda suyun verilişində fasilə yaranacaq  |     21:19 Süni intellekt artıq hüquqlara malikdir: Təhqir qadağan edildi  |     21:13 Super El-Nino yarım milyona yaxın insanın ölümünə səbəb ola bilər  |     21:08 AZAL-ın Moskva reysləri təxirə salındı: Təyyarələrdən biri məcburi eniş etdi  |     21:05 "Bigo Live"da qadını və ailəsini təhqir etdi -15 gün həbs olundu  |     21:00 Kafe, dərzi sexi və mağazadan oğurluq edən şəxsə hökm oxundu  |    
Mojo.az Avto
Mojo.az Avto

Elektromobillərə maraq azalır - STATİSTİKA

31.07.2025 22:30 804
Elektromobillərə maraq azalır - STATİSTİKA
Avropa İttifaqında (Aİ) 2024-cü ildə elektromobillərin yeni avtomobillər sırasında payı azalaraq 13,6 faiz təşkil edib. Bu, 2015-ci ildən bəri ilk dəfə qeydə alınan azalmadır.

Bu barədə "AZƏRTAC" Avropa Statistika İdarəsinin (Eurostat) təqdim etdiyi son hesabata istinadən xəbər verir ki, ötən il Aİ-də yalnız batareya ilə işləyən 1,45 milyon yeni elektromobil qeydiyyatdan keçib ki, bu da 2023-cü illə müqayisədə 6,1 faiz azdır.

Müqayisə üçün qeyd edək ki, 2023-cü ildə bu rəqəm 1,55 milyon təşkil etmişdi. Mütəxəssislər bunu Aİ-də elektromobillərə olan ictimai marağın azalması ilə izah edirlər. Halbuki 2015–2023-cü illər ərzində elektromobillərin sayı orta hesabla hər il 58 faiz artmaqda idi. Ümumilikdə, 2024-cü ilin sonuna Aİ-də istifadə edilən yalnız batareya ilə işləyən elektromobillərin sayı 5,87 milyona çatıb ki, bu da əvvəlki illə müqayisədə 32,4 faiz artım deməkdir (2023-cü ildə – 4,43 milyon).

Ölkələr üzrə müqayisəyə gəlincə, ən yüksək göstəricilər Danimarka (51,3 faiz), Malta (37,7 faiz) və İsveçdə (34,9 faiz), ən aşağı göstəricilər isə Cənubi və Mərkəzi Avropa ölkələrində qeydə alınıb. Xüsusilə Xorvatiya cəmi 1,8 faiz göstərici ilə Aİ ölkələri arasında sonuncu yerdə qərarlaşıb. Slovakiya (2,4 faiz) və Polşa (3 faiz) da elektromobillərin alışında geridə qalan ölkələr sırasındadır.

Qeyd edək ki, 2018-ci ilə qədər yeni elektromobillərin qeydiyyatda payı 1 faizdən aşağı olsa da, son illərdə bu göstərici sabit şəkildə artmaqda idi: 2020-ci ildə – 5,3 faiz, 2021-ci ildə – 9 faiz, 2022-ci ildə – 12,1 faiz və 2023-cü ildə – 14,6 faiz.

Avropa Statistika İdarəsi bu tendensiyanın gələcək illərdə dəyişib-dəyişməyəcəyini bazar və texnoloji faktorların müəyyən edəcəyini bildirib.скачать dle 11.3
Mojo.az Banner