Mojo.az — elanlar
Son Xəbərlər
13:44 Yardımlının yeni icra başçısı kimdir? - DOSYE  |     13:43 Azərbaycanda bəzi şəxslərə 20 illik vergi güzəşti - Prezident təsdiqlədi  |     13:43 "Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə"də dəyişikliklər edildi  |     13:32 Gələn il ərzaq qiymətləri arta bilər – Açıqlama  |     13:10 Hər gün istifadə etdiyimiz duz nə qədər təmizdir? – AÇIQLAMA  |     13:09 Prezident yeni icra başçısı təyin etdi  |     13:08 İlham Əliyev Elçin Yusubovu vəzifəsindən azad etdi  |     12:46 Azərbaycan-Türkiyə qardaşlığına kölgə salmaq istəyən qüvvələr var – Deputat  |     12:37 Azərbaycanda bəzi bələdiyyələrin adları dəyişdirildi  |     12:25 Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər  |     12:21 Ermənistan rəsmiləri TRIPP-in infrastruktur layihələri üçün Zəngəzura səfər ediblər  |     12:01 Bakıda iki yaşlı qız su kanalında boğuldu  |     11:56 Havanın isti keçməsinin səbəbi açıqlandı  |     11:53 Azərbaycan nefti cüzi bahalaşıb  |     11:52 Ermənistan sərhədi keçən azərbaycanlı çobanı geri qaytaracaq  |     11:50 Çoxmərtəbəli binanın zirzəmisində gizlədilən qızılları divarı dağıdaraq taladı  |     11:40 "Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı yeni qərar  |     11:38 Sahibkarın bir milyon manatını mənimsədi, mərc oyunlarında uduzdu - Bakıda şok dələduzluq  |     11:37 Həkim yod çatışmazlığından qorunmağın ən asan yolunu açıqladı  |     11:26 Avropada saytlara giriş kütləvi şəkildə məhdudlaşdırılır  |    
Mojo.az Avto
Mojo.az Avto

ADB Azərbaycanda monetizasiya elementli yol layihələrinin maliyyələşdirilməsi imkanlarını araşdırır

11.07.2025 20:11 1 131
ADB Azərbaycanda monetizasiya elementli yol layihələrinin maliyyələşdirilməsi imkanlarını araşdırır
Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda dəmir yolları, metro və aktivlərin monetizasiyası elementləri ilə avtomobil yolu layihələri daxil olmaqla ekoloji cəhətdən təmiz nəqliyyatın tətbiqi imkanlarını araşdırır.

Bu barədə bankın Azərbaycanla 2025-2029-cu illər üçün yeni Tərəfdaşlıq Strategiyasında bildirilib.

"Azərbaycan hökuməti ölkənin logistika rolunu gücləndirmək və inkişaf edən regionlarda davamlı gəlirləri təmin etmək üçün aşağı karbonlu nəqliyyat infrastrukturunun inkişafına diqqət yetirir. Bu baxımdan, ADB regional nəqliyyat marşrutlarının açılması məqsədilə rəqəmsallaşdırma, elektrikləşdirmə və müasir siqnalizasiya sistemlərinin tətbiqi də daxil olmaqla dəmir yolu infrastrukturunun modernləşdirilməsinə dəstək verəcək", - Strategiyada qeyd olunub.

ADB-dən bildirilib ki, inkişaf etməkdə olan regionların inkişafı iqlimə və fəlakətə davamlı infrastrukturun bərpasını, həmçinin sıfır emissiyalı zonaların yaradılması və təbii ehtiyatların davamlı idarə edilməsi kimi innovasiyaların tətbiqini tələb edir.

Azərbaycan 1999-cu ildən ADB-nin üzvüdür və bu müddət ərzində bank ölkəyə 5 milyard ABŞ dollarından çox kredit ayırıb. Eyni zamanda, bank Azərbaycanın nəqliyyat sektorunda həyata keçirilən layihələrə 1,5 milyard ABŞ dollarından çox, enerji layihələrinə isə 1,7 milyard ABŞ dolları kredit resursları ayırıb.//report

Son xəbərlər