Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:05 Xocalıda icazəsiz at çapanlar cərimələndilər | 17:59 Azərbaycan Kubokunda 1/8 finalın bütün cütlükləri bəlli olub | 17:40 İlham Əliyev İspaniya kralına başsağlığı verdi | 17:27 Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA | 17:14 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi | 17:11 Kredit götürənlər və əmanət sahibləri diqqət! Mərkəzi Bankın qərarı nəyi dəyişəcək? | 17:07 Siyəzəndə ünvanlı sosial yardıma görə dava: Qayınata kürəkənini döydü | 17:05 Deputat: Məktəblərdə tərbiyə məsələsi arxa planda qalıb | 17:03 Ceyranbatanda məktəbdə 10 şagird zəhərləndi | 16:49 "Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu | 16:45 Məktəblilərin jurnalistlərə hücumu: Psixoloq problemin kökünə diqqət çəkdi | 16:27 Bakıda idmançı məşq zamanı öldü | 16:19 İlham Əliyev Bakıda finalçıları mükafatlandıracaq, Bayramov Azərbaycanı TDT sammitində təmsil edəcək | 15:07 Rusiya ordusu Dneprdə elektrik qatarına zərbə endirdi - Ölənlər var | 15:06 İspaniyada qatar faciəsində itkin düşən 60-dan çox insan tapılmır | 14:55 Azərbaycana biri 757 manat olan 30 həşərat gətirilib | 14:31 Milli Məclisin deputatları Atatürkün Bakıdakı abidəsini ziyarət ediblər - Foto | 14:23 Azərbaycanın üç güləşçisi dünya çempionatında məğlub olub | 13:53 Jurnalistləri döyən yeniyetmələri bu qədər həbs cəzası gözləyir – AÇIQLAMA | 13:29 Ceyhun Bayramov Türkiyəyə səfər edib |
Mojo.az Avto
Mojo.az Avto

Ukraynadan daha bir qrup uşaq Azərbaycana gətirildi

10.07.2025 22:20 768
Ukraynadan daha bir qrup uşaq Azərbaycana gətirildi
Ukraynadan 30 uşaq Azərbaycana gətirilib.

APA xəbər verir ki, Sosial Xidmətlər Agentliyi sədrinin müavini Zaur İbrahimov jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycana gətirilən ukraynalı uşaqlar Bakıda təşkil olunmuş düşərgədə sosioloji reabilitasiyaya cəlb olunacaqlar. Onlar eyni zamanda, Azərbaycan mədəniyyəti ilə tanış olacaqlar və onlara peşəkar konsultasiya xidməti göstəriləcək.

Bu proqram 10 gün davam edəcək.

O bildirib ki, proqram çərçivəsində uşaqlar ölkəmizin müxtəlif bölgələrinə səfər edəcək: "Son illərdə müharibədən əziyyət çəkən 230-dan çox ukraynalı uşaq ölkəmizə gətirilərək müxtəlif reabilitasiya proqramlarına cəlb olunub. Onların arasında valideynlərini itirən və müxtəlif travmalar yaşamış uşaqlar var".
Bakı şəhərində yerləşən düşərgədə uşaqlar üçün milli rəqs dərsləri və peşəkar psixoloq tərəfindən fərdi konsultasiyalar təşkil ediləcək. Həmçinin onlar İçərişəhər, Qız qalası və Şirvanşahlar saray kompleksi, dənizkənarı bulvar, Atəşgah məbədi, Yanardağ abidəsi ilə tanış olmaq və burada maraqlı vaxt keçirmək imkanı qazanacaqlar.

Bildirilib ki, növbəti günlərdə onların Bakı və bölgələrimizdə bir sıra qrup terapiyaları, meditasiya və yoqa məşğələləri, eyni zamanda psixo-sosial təlimlər, milli mətbəxlə tanışlıq və digər ustad dərslərinə cəlb olunması nəzərdə tutulur. Düşərgə iştirakçıları Qəbələ və Şəki şəhərlərinin tarixi və görməli yerləri ilə də tanış ediləcək.

Son xəbərlər