Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:21 Taksi sürücüləri üçün vacib xəbər - Tarix açıqlandı | 18:43 Ceyranbatanda məktəbdə nə baş verib? - AQTA-dan reaksiya | 18:05 Xocalıda icazəsiz at çapanlar cərimələndilər | 17:59 Azərbaycan Kubokunda 1/8 finalın bütün cütlükləri bəlli olub | 17:40 İlham Əliyev İspaniya kralına başsağlığı verdi | 17:27 Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA | 17:14 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi | 17:11 Kredit götürənlər və əmanət sahibləri diqqət! Mərkəzi Bankın qərarı nəyi dəyişəcək? | 17:07 Siyəzəndə ünvanlı sosial yardıma görə dava: Qayınata kürəkənini döydü | 17:05 Deputat: Məktəblərdə tərbiyə məsələsi arxa planda qalıb | 17:03 Ceyranbatanda məktəbdə 10 şagird zəhərləndi | 16:49 "Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu | 16:45 Məktəblilərin jurnalistlərə hücumu: Psixoloq problemin kökünə diqqət çəkdi | 16:27 Bakıda idmançı məşq zamanı öldü | 16:19 İlham Əliyev Bakıda finalçıları mükafatlandıracaq, Bayramov Azərbaycanı TDT sammitində təmsil edəcək | 15:07 Rusiya ordusu Dneprdə elektrik qatarına zərbə endirdi - Ölənlər var | 15:06 İspaniyada qatar faciəsində itkin düşən 60-dan çox insan tapılmır | 14:55 Azərbaycana biri 757 manat olan 30 həşərat gətirilib | 14:31 Milli Məclisin deputatları Atatürkün Bakıdakı abidəsini ziyarət ediblər - Foto | 14:23 Azərbaycanın üç güləşçisi dünya çempionatında məğlub olub |
Mojo.az Avto
Mojo.az Avto

Aİ Azərbaycan və Ermənistan liderlərinin görüşünü alqışlayır və ölkələr arasında normallaşmanı dəstəkləyir

10.07.2025 21:24 714
Aİ Azərbaycan və Ermənistan liderlərinin görüşünü alqışlayır və ölkələr arasında normallaşmanı dəstəkləyir
Avropa İttifaqı (Aİ) Ermənistan və Azərbaycan liderlərinin iyulun 10-da Əbu-Dabidə baş tutan görüşünü dəstəklədiyini bildirib.

Bu barədə "Report”un Avropa bürosuna Aİ-nin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə rəsmi nümayəndəsi Anita Hipper bildirib.

Onun sözlərinə görə, Aİ iki ölkə arasında münasibətlərin normallaşması prosesini qətiyyətlə dəstəkləyir.

"Aİ daha əvvəl 2025-ci ilin martında Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş layihəsi üzrə danışıqların başa çatmasını alqışlayıb”, - Hipper qeyd edib və vurğulayıb ki, hazırkı görüş regionda davamlı sülh və təhlükəsizliyin bərqərar olması istiqamətində mühüm addımdır.

"Tərəfləri sülh sazişi layihəsinin imzalanması və ratifikasiyasına mümkün qədər tez keçməyə çağırırıq. Tərəflər istəyərsə, Aİ əlavə dəstək və ekspertiza təmin etməyə hazırdır”, - Aİ nümayəndəsi bildirib.

Qeyd edək ki, iyulun 10-da BƏƏ-nin paytaxtı Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında iki ölkə arasında sülh gündəliyinin müzakirəsi üzrə görüş keçirilib. Tərəflər Azərbaycan və Ermənistan arasında ikitərəfli danışıqların və etimadın möhkəmləndirilməsi tədbirlərinin davam etdirilməsi barədə razılığa gəliblər.

Son xəbərlər