Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Roma Papası Bakı və İrəvanın sülh sazişi mətni ilə bağlı razılaşmalarını alqışlayır

24.03.2025 11:54 1 020
Roma Papası Bakı və İrəvanın sülh sazişi mətni ilə bağlı razılaşmalarını alqışlayır
Roma Papası Fransisk Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni üzrə danışıqların başa çatmasını alqışlayıb.

Median.Az
"Vatican News"a istinadən xəbər verir ki, pontifikin bəyanatını Müqəddəs Taxt-Tacın mətbuat xidməti yayıb.

O, Bakı ilə İrəvan arasında yekun sülh sazişinin əldə edilməsi səyləri fonunda Cənubi Qafqazda sülhün bərqərar olması istiqamətində atılan addımları yüksək qiymətləndirdiyini bildirib.

"Qoy bu, digər münaqişələrin də dialoq və xoşməramlılıq yolu ilə həllini tapa biləcəyinə ümid əlaməti olsun", - deyə o bildirib.

Qeyd edək ki, fevralın 14-də xəstəxanaya yerləşdirilən Katolik Kilsəsinin rəhbəri beş həftədən sonra ilk dəfə martın 23-də ictimaiyyət qarşısına çıxıb.

Xatırladaq ki, martın 13-də Azərbaycan Xarici İşlər Nazirliyi Bakı ilə İrəvan arasında sülhün və dövlətlərarası münasibətlərin bərqərar olmasına dair Saziş layihəsinin mətni üzrə danışıqların başa çatması ilə bağlı bəyanat yayıb.скачать dle 11.3
Mojo.az Banner