Mojo.az Banner
13:06 Ağdaşda azyaşlının nişan mərasimi ilə bağlı münaqişə araşdırılır  |     13:01 Dənizdə batan 16 yaşlı gəncin meyiti tapıldı  |     23:02 Azərbaycanda vergi borcları 4 milyardı keçib  |     22:57 ABŞ məhkəməsi Ağ Evdə bal zalının tikintisini danyandırmağa dair qərar verib  |     22:31 İspaniya klubu Zidanın oğlu ilə müqaviləni vaxtından əvvəl dayandırdı  |     22:19 Vəkil İlqar Həmidov həbs edildi  |     22:13 Ravil Tağıyev vəzifəsindən AZAD EDİLDİ  |     21:54 Heyvan kəsimi məntəqələrində nöqsanlar aşkarlanıb (Video)  |     21:52 İranda hərbçilərin olduğu ərazidə güclü PARTLAYIŞ: Ölənlər var  |     21:18 Velosipedlər Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilib?  |     21:17 Laçında yaşayış evlərinin yaxınlığında YANĞIN  |     21:13 Bakı və Zəngilanda ağaclar qanunsuz kəsilib  |     21:11 Cəbrayılda iki kənddə yanğın: FHN hərəkətə keçdi  |     20:33 Süleyman Mikayılovun 10 illik müavininə hökm oxundu  |     20:31 Abşeronda evdən qızıllar oğurlandı: Ustalar tutuldular  |     20:30 "Real Madrid"in 18 yaşlı futbolçusu İtaliya klubuna keçdi  |     19:15 Trampdan xəbərdarlıq: "Demokratlar seçilsə, son respublikaçı prezident mən ola bilərəm"  |     19:05 Ağdaşda 17 yaşlı qıza toy etmək istədilər: POLİS MÜDAXİLƏ ETDİ  |     18:59 Rusiya Ukraynanın neft-qaz obyektlərinə kütləvi zərbələr endirdi  |     18:35 KMBİ: İki mindən çox xarici sayta qanunsuz müdaxilə edən şəxslər tutulublar - VİDEO  |    
Left Banner
Right Banner

Sökülən binalarda evlərin qiymətləndirilməsi prosesi necə olmalıdır? - Ekspert

19.06.2025 22:46 750
Sökülən binalarda evlərin qiymətləndirilməsi prosesi necə olmalıdır? - Ekspert
Son günlər Bakının bəzi rayonlarında böyük söküntü işlərinin başlanılması ilə bağlı məlumatlar yayılır. İstismara yararsız binaların sökülməsi və yerində tikiləcək yeni binaların layihə-smeta sənədlərinin belə hazır olduğu deyilir. Lakin bu işlərin gecikməsinə səbəb olan bir sıra faktorlar var ki, onlardan da ən başlıcası həmin binalarda yaşayan vətəndaşlara təklif edilən kompensasiyanın azlığıdır.

Sakinlər şirkətlərin onlara təqdim etdiyi pul ilə razılaşmır. Bir qisim sakin isə ya yaşadığı evin yerində tikiləcək binada mənzil tələb etsələr də, istəklərinə nail ola bilmirlər.

Bəs, sökülən binalarda evlərin qiymətləndirilməsi prosesi necə olmalıdır?

Əmlak eksperti Elnur Azadov Qaynarinfo-ya açıqlamasında söküntü işlərinin iki istiqamətdə aparıldığını diqqətə çatdırıb:

"Söküntü dövlət sifarişidir, yoxsa özəldir, öncə bunu bilmək lazımdır. Dövlət sifarişi ilə baş verəndə nəsə etmək mümkün deyil. Çünki söhbət dövlət əhəmiyyətli işlərdən gedir. Amma yenə də vətəndaşlar qiymətləndirmə şirkətlərini prosesə cəlb edə bilərlər. Ümumiyyətlə, fərqi yoxdur, hər iki halda evi sökülən vətəndaş qiymətləndirmə şirkətlərini prosesə cəlb edə bilər. Onlar dəvət etdikləri müstəqil qiymətləndirmə şirkətlərindən rəy alıb aidiyyəti dövlət, yaxud da özəl qurumlara təqdim edərək aparılan qiymətləndirməni mənzilləri ilə uyğunlaşıb-uyğunlaşmadığını yoxlaya bilərlər".

Elnur Azadov vətəndaşların nəzərinə onların mülkiyyətinin toxunulmaz olduğunu xatırladıb:

"İstər dövlət, istərsə də özəl olsun, əsas odur ki, vətəndaşın hüquqları təmin olunmalıdır".скачать dle 11.3
Mojo.az Banner