Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:53 Ermənistanın ədliyyə naziri: "Qarabağı birləşdirmək kimi bir məqsədimiz yoxdur" | 16:15 Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular | 16:10 "Vəzifəli şəxs" masaj salonunun sahibəsini şantaj etdi, aylıq "haqq" aldı | 15:59 Ölümlə nəticələn qəzaya görə Monteneqrodan Azərbaycana ekstradisiya olunacaq | 15:52 Nisyə mal satanların diqqətinə: Yeni qərar qüvvəyə minəcək | 14:47 Uşaqlarını internata qoyub evə qayıtdı, arvadını bıçaqladı - Xaçmazdakı cinayətin təfərrüatı | 14:41 Noyabrın ən şanslı bürcləri bəlli oldu – Kimləri uğur gözləyir? | 14:27 Noyabrda ardıcıl 4 gün iş olmayacaq | 14:13 Green Card arzusu niyə yarımçıq qalır? – Trampın miqrasiya siyasətinin pərdəarxası | 14:00 Jurnalistlərlə bağlı hadisələrin arxasında hansı səbəblər dayanır? – Açıqlama | 13:54 Ceyranbatan gölündə meyit tapılması xəbəri ilə bağlı AÇIQLAMA | 13:36 Binədə törədilən qətllə bağlı ailənin azyaşlı övladı: "Atam dedi ki, əgər burada qalmasanız, sizin üçün yaxşı olmayacaq" | 13:26 Universitet və kolleclərdə vahid geyim forması tətbiq olunacaq? | 13:09 Çimnaz Sultanovanın əsl ölüm səbəbi ilə bağlı yeni iddia | 13:06 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi - Video | 13:01 Geyim qaydalarına əməl etməyən şagirdlərə attestat verilməyəcək? - Rəsmi açıqlama | 12:57 Azərbaycanda reabilitasiya mərkəzlərindən biri ləğv olunur | 12:53 İstilik mövsümünə daha tez başlanılan rayonların sayı xeyli artırıldı - Siyahı (Yenilənib) | 12:38 Koronavirus yenidən baş qaldırır: Azərbaycana təhlükə varmı? | 12:32 200 min manatlıq rüşvətə görə həbs edilən vəzifəli şəxslərdən xəbər var |
Mojo.az Avto
Mojo.az Avto

"Panatinaikos"un prezidenti barəsində axtarış qərarı verildi

02.06.2025 16:16 600
Basketbol üzrə Avropa liqasında çıxış edən "Panatinaikos"un sahibi Dimitris Cannakopoulos barəsində axtarış elan edilib.

Bu barədə "Eurohoops" portalı məlumat yayıb.

Bazar günü, iyunun 1-də 51 yaşlı funksioner Yunanıstan çempionatının final seriyasının "Olimpiakos"la ikinci matçının başlanğıcında (83:91) meydandan qovulub. "Panatinaikos"un mətbuat xidməti iddia edir ki, Cannakopoulos meydandan qovulduğuna görə deyil, ona və qızına təhqiramiz sözlər deyən rəqib komandanın azarkeşlərinin davranışına görə arenanı tərk edib.

"Olimpiakos" tərəfi isə bildirib ki, "Panatinaikos"un sahibi meydandan qovulmazdan əvvəl tribunalara qarşı nalayiq jest edib.

"Olimpiakos" qonaq komandanın prezidentinə qarşı iddia qaldırıb və o, hazırda axtarışdadır.

Qeyd edək ki, "Olimpiakos" Yunanıstan çempionatının final seriyasını hesabı bərabərləşdirib - 1:1. Komandalar arasında üçüncü oyun çərşənbə günü, iyunun 4-də baş tutacaq.

Son xəbərlər