Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:15 Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib | 22:01 Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib | 20:28 Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video | 20:07 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"də iki qızıl medal qazanıb | 20:01 Zaur Rzayev vəfat etdi | 19:43 Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı | 19:41 Məşq zamanı vəfat edən Rəsulun fotosu | 19:24 Əli Əsədov Gürcüstana işgüzar səfər edib | 19:21 Taksi sürücüləri üçün vacib xəbər - Tarix açıqlandı | 18:43 Ceyranbatanda məktəbdə nə baş verib? - AQTA-dan reaksiya | 18:05 Xocalıda icazəsiz at çapanlar cərimələndilər | 17:59 Azərbaycan Kubokunda 1/8 finalın bütün cütlükləri bəlli olub | 17:40 İlham Əliyev İspaniya kralına başsağlığı verdi | 17:27 Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA | 17:14 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi | 17:11 Kredit götürənlər və əmanət sahibləri diqqət! Mərkəzi Bankın qərarı nəyi dəyişəcək? | 17:07 Siyəzəndə ünvanlı sosial yardıma görə dava: Qayınata kürəkənini döydü | 17:05 Deputat: Məktəblərdə tərbiyə məsələsi arxa planda qalıb | 17:03 Ceyranbatanda məktəbdə 10 şagird zəhərləndi | 16:49 "Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu |
Mojo.az Avto
Mojo.az Avto

Yeni sədr də istefa verdi

16.05.2025 17:58 618
Yeni sədr də istefa verdi
İmişlidə 9 May tədbirləri zamanı SSRİ bayrağı qaldıran rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədovun vəzifəsindən azad olunaraq yerinə müavini Vahid Tağıyevin gətirilməsi ilə bağlı xəbər vermişdik.

"Qafqazinfo”nun məlumatına görə, yeni təyin olunan sədr V.Tağıyev cəmi 1 gün sonra - ötən gün istefa verib. O, bununla bağlı Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Eldar Quliyevə müraciət ünvanlayıb.

"İlk dəfə Ağsaqqallar Şurasına gələndə bildirmişdim ki, mən bir neçə ay yaxından kömək edib, sonra ayrılaraq sağlamlığımla məşğul olacağam. Odur ki, xahiş edirəm məni həvalə edilmiş İmişli rayon Ağsaqqallar Şurası sədrliyindən və şura üzvlüyündən azad edəsiniz”, - müraciətdə qeyd olunub.

Xatırladaq ki, İmişli Ağsaqqallar Şurasının sədri Saleh Səmədov rayonda keçirilən 9 May tədbirləri zamanı SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan "Georgi lenti” ilə çıxış etməsi səbəbindən vəzifəsindən azad edilmişdi. Sədr vəzifəsinin müvəqqəti olaraq birinci müavini Vahid Tağıyevə həvalə olunsa da, sonradan onun da sözügedən tədbirə sinəsinə "Georgi lenti” taxaraq qatıldığı məlum olmuşdu. Onların SSRİ bayrağı və "Georgi lenti” ilə tədbirdə iştirakları cəmiyyətdə narazılıqla qaşılanmışdı.

Son xəbərlər