Mojo.az Banner
18:40 Livanın cənubunda gərginlik: İsrail və "Hizbullah" arasında atəşkəs pozuldu, ölənlər var  |     18:24 30 il əvvəl törədilmiş qətlin üstü açıldı - Meyiti beton boruda gizlədiblər  |     18:22 Güclü yağış və sel XƏBƏRDARLIĞI  |     18:15 Bu ət mağazasında nöqsanlar aşkarlandı  |     18:13 Azərbaycanda 4 hotelin ulduz kateqoriyası ləğv edilib  |     18:11 Göygöldə qanunsuz tikintinin qarşısı alındı  |     18:08 Yeniyetmənin əl-qolunu bağlayıb tualetdə işgəncə verdilər - Xaçmazda DƏHŞƏT  |     18:06 Metrodakı texniki insidentlə bağlı avtobusların sayı artırılıb  |     17:57 Saxta əlillik diaqnozu hazırlamaqda təqsirləndirilən həkim məhkəmədə danışdı  |     17:18 Suriyadan beş Azərbaycan vətəndaşı ölkəyə gətirildi  |     16:59 Muğanlı-İsmayıllı yolu YEDDİ GÜN bağlı olacaq - XƏBƏRDARLIQ  |     16:58 Ölüm halları ilə məşhurlaşan tibb mərkəzinin direktoru İŞDƏN ÇIXARILDI  |     16:49 Yağıntılar fəsad yarada bilər: Ekoloqdan ciddi xəbərdarlıq  |     16:42 Hamlet Musayevin qızı həbs edildi  |     16:38 Bakıda sinif yoldaşının yandırdığı şagirdlə bağlı YENİ MƏLUMAT: Qohumu danışdı - Video  |     16:36 Latviya Prezidenti: "Sülh sazişinin imzalanması təkcə region üçün deyil, bütün dünya üçün əhəmiyyətli hadisə olacaq"  |     16:30 Ermənistan TRIPP layihəsinin icrasına nə vaxt başlayır? - Paşinyan açıqladı  |     16:27 "İzini itirən NEFT": İran sanksiyaları necə "aldadır"?  |     16:25 Binə qəsəbəsində narkopriton aşkarlanıb, saxlanılanlar var - Video  |     16:24 Atəşkəs kağız üzərində qaldı? - İsrail Livanı vurdu, ölən və yaralananlar var  |    
Left Banner
Right Banner

İşdən çıxarılan sədrin əmlakları üzə çıxdı - Foto

14.05.2025 17:45 609
İşdən çıxarılan sədrin əmlakları üzə çıxdı - Foto
İmişlidə 9 may tədbirləri zamanı SSRİ bayrağı qaldıran rayon Ağsaqqallar Şurasının sədri (13.05.2025 tarixində vəzifəsindən azad edilib - red.) Saleh Səmədovla bağlı bir sıra faktlar üzə çıxıb.

Median.Az
Unikal-a istinadən xəbər verir ki, Saleh Səmədovun İmişlidə "Kral Saray” adlı şadlıq sarayı, "Kral” çay evləri şəbəkəsi, uşaq baxçası, çörək sexi, spirt-şirə zavodu, hipermarketi, kolbasa sexi, mal-qara və donuz ferması, eləcə də 20 hektar ərazini əhatə edən istilikxanası var.

Əvvəllər 90 AA 679 nömrəli "Rolls Royce” sürən iş adamının paytaxtda da çoxsaylı villaları, market, restoranları və tikinti şirkətinin olduğu deyilir.

Bildirilib ki, 1962-ci ildə anadan olan S.Səmədov 1997-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu, 2001-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib.

S.Səmədov 2002-ci ildə İmişli rayon "Araz” MMC-ni təsis edib. 2010-2011-ci illərdə İmişli Rayon İcra Hakimiyyətində başçının sosial-iqtisadi məsələlər üzrə müavini, 2011-2013-cü illərdə "Xan-Araz” MMC-də prezident, 2013-2018-ci illərdə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və patent üzrə Dövlət Komitəsi Regional Ərazi idarəsində rəis, 2018-2020-ci illərdə Azərbaycan Metrologiya İnstitutunda baş direktor, 2020-2021-ci illərdə "Azər-S-Test” MMC-də direktor vəzifələrində işləyib.

2024-cü ilin aprel ayının sonlarında İmişli Rayon Ağsaqqallar Şurasının inzibati binasında təşkilatın seçki konfransı keçirilib. İmişli Rayon Ağsaqqallar Şurasının sədri Ramiz Əmirovun istefa təklifi səsə qoyulub və qəbul edilib. Daha sonra İmişli Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü Saleh Səmədovun təşkilatın sədri vəzifəsinə namizədliyi irəli sürülüb və o, Şuranın sədri seçilib.

2024-cü ilin əvvəlində İmişli Rayon Ağsaqqallar Şurasının inzibati binasında Sovet dönəmini simvolizə edən əşyalar olmayıb. Saleh Səmədovun sədr seçilməsindən sonra isə onun və digərlərinin otağında SSRİ liderlərindən biri olan İosif Stalinin büstü və SSRİ bayraqları nəzərə çarpır. Bu da onun Qələbə günü ilə bağlı çıxışında sinəsinə "Georgi lenti”ni heç də təsadüfən taxmadığından xəbər verir.

Rayonun Sarıxanlı kəndində 9 May Qələbə Günü tədbiri zamanı Böyük Vətən müharibəsi xatirə kompleksinin üzərində qaldırılan SSRİ bayrağından orada çox sayda olub. Bayraqlar isə S.Səmədovun açıqladığı kimi hansısa yerdən alınmayıb, əksinə, birbaşa onun göstərişi ilə tikilib.

Ruspərəst mövqeyi ilə seçilən iş adamı İmişli Rayon Ağsaqqallar Şurasının Moskvada ərazi təşkilatını da təsis edib.

Saleh Səmədovun qardaşları ilə bağlı bəzi maraqlı faktlar da üzə çıxıb. Belə ki, sabiq sədrin qardaşı Atababa Səmədov 2018-ci ildə dələduzluğa görə həbs edilib. A.Səmədov ayrı-ayrı şəxslərə müxtəlif vaxtlarda ümumi məbləği 320 min ABŞ dolları miqdarında pul atıb. O, aldatdığı şəxslərə aldığı pulların müqabilində tikinti materialları gətirəcəyinə söz verib. Daha sonra onun barəsində həbs qətimkan tədbiri seçilib.

Saleh Səmədovun kiçik qardaşı Sahib Səmədov isə işində yol verdiyi nöqsanlara görə işdən çıxarılıb.

Qeyd edək ki, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin 13 may 2025-ci il tarixli məlumatında bildirilib ki, S.Səmədov İdarə Heyəti Şuranın adına ləkə gətirən hərəkətlərə yol verib, Azərbaycan Ağsaqqallar Şurasının Nizamnamə tələblərini kobud şəkildə pozub. Buna görə də o, İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib və Azərbaycan Ağsaqqallar Şurasının üzvlüyündən çıxarılıb.

Xatırladaq ki, İmişli Rayon Ağsaqqallar Şurasının sədrlik müvəqqəti olaraq təşkilatın İdarə Heyətinin üzvü Vahid Tağıyevə həvalə olunub.


скачать dle 11.3
Mojo.az Banner