Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Starmer: Putin atəşkəsin yubadılmasının səbəbkarıdır

15.05.2025 22:53 693
Starmer: Putin atəşkəsin yubadılmasının səbəbkarıdır
Böyük Britaniyanın Baş naziri Kir Starmer Rusiya Prezidenti Vladimir Putini Rusiya və Ukrayna arasında atəşkəsi "əngəlləməkdə” ittiham edib.

Bunu Starmer Putinin Türkiyədə sülh danışıqları üçün Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşməkdən imtina etməsi ilə əsaslandırıb.

"Bu gün baş verənlər, Putinin vaxt uzatdığının daha bir sübutudur. Məhz Putin atəşkəsin gecikməsinin səbəbkarıdır. Ukrayna çoxdan, bir neçə ay əvvəl, 30 günlük şərtsiz atəşkəs istədiyini aydın şəkildə bəyan edib və biz çoxdan deyirik ki, məhz Putin bu sülhə gedən yolda dayanıb”, – Baş nazir bildirib.//report

Son xəbərlər