Mojo.az Banner
23:00 Xocavənddə maşınlar toqquşdu - Xəsarət alanlar var  |     22:54 Pomidor tomatının beyin fəaliyyətinə təsiri ARAŞDIRILDI  |     22:49 “iPhone” istifadəçilərinin diqqətinə!  |     22:42 Bu bürclərin qarşısında yeni qapılar açılır  |     22:37 Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu  |     22:29 Şəmkirdə avtomobil qadını vuraraq öldürdü  |     22:24 Putini G20 sammitinə dəvət etdilər  |     22:18 Ərdoğan Paşinyanı qəbul etdi  |     22:09 "Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır  |     22:02 Pediatr uşaqların immun sistemi üçün vacib qidaları AÇIQLADI  |     21:57 Gəncə sakini odlu silahdan açılan atəş nəticəsində yaralandı  |     21:48 Ekspertdən xəbərdarlıq: "Yağışlı günlərdə daha kritik vəziyyət yaranacaq"  |     21:43 "Anthropic" və "OpenEvidence" tibbi süni intellekti 100 ölkədə həkimlərə pulsuz təqdim edəcək  |     21:38 Azərbaycanda dəhşətli cinayət: Nənə yeni doğulan nəvəsini avtomobildə boğaraq öldürüb  |     21:34 Azərbaycanda beş dövlət şirkəti ləğv olunur  |     21:29 Bakının bu ərazisində yaşayanlar köçürüləcək - 35 milyon ayrıldı  |     21:21 Bazarda tərəvəz və meyvələrin qiyməti - Hansı məhsul neçəyə satılır?  |     21:18 Sərxan Kərəmoğlunun Rusiyaya girişinə "stop" qoyuldu  |     21:16 Azərbaycanda geoloji kəşfiyyat aparılacaq ərazilər genişləndirilir  |     21:13 D vitamini kimlər üçün xüsusilə vacibdir? - 5 risk qrupu  |    
Mojo.az Avto
Mojo.az Avto

Mülki aviasiya sahəsində xidmətlərə görə tutulan dövlət rüsumlarının siyahısı genişləndirilir

01.05.2025 12:29 2 010
Mülki aviasiya sahəsində xidmətlərə görə tutulan dövlət rüsumlarının siyahısı genişləndirilir
Mülki aviasiya sahəsində xidmətlərə və ya hüquqi hərəkətlərə görə tutulan dövlət rüsumlarının siyahısı genişləndirilir.

Sözügedən məsələ parlamentin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan "Aviasiya haqqında" qanununun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi barədə layihədə əksini tapıb.

Aşağıdakı rüsumların qanunvericiliyə salınması təklif edilir:

- Pilotsuz uçuş aparatları istismarçılarına istismarçı sertifikatının verilməsi - 15 manat;

- Aviasiya personalına şəhadətnamələrin, vəsiqələrin və ya sertifikatların verilməsi - 15 manat;

- Pilotsuz uçuş aparatlarına qeydiyyat sertifikatının verilməsi - 10 manat;

- Pilotsuz uçuş aparatları istismarçılarına əməliyyat icazəsinin verilməsi - 10 manat;

- Məsafədən idarə edən pilotlara (operatorlara) şəhadətnamələrin verilməsi - 10 manat;

- Model pilotsuz uçuş aparatı klubları və ya assosiasiyalarına icazələrin verilməsi - 10 manat;

Məsələ səsə qoyularaq qəbul olunub.
//oxu.azскачать dle 11.3
Mojo.az Banner