Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Mülki aviasiya üzrə dövlət rüsumu tutulan xidmət və hüquqi hərəkətlərin siyahısı genişləndirilib

17.06.2025 21:02 987
Mülki aviasiya üzrə dövlət rüsumu tutulan xidmət və hüquqi hərəkətlərin siyahısı genişləndirilib
Prezident İlham Əliyev Milli Məclisin mayın 1-də "Aviasiya haqqında" qanunun icrası ilə əlaqədar qəbul etdiyi "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik edilməsi haqqında qanunu təsdiq edib.

Yenilənmiş qanuna əsasən, mülki aviasiya sahəsində dövlət rüsumu tutulan xidmət və hüquqi hərəkətlərin siyahısı genişləndirilib.

Pilotsuz uçuş aparatları istismarçılarına istismarçı sertifikatının verilməsi üçün 15 manat, aviasiya personalına şəhadətnamələrin, vəsiqələrin və ya sertifikatların verilməsi üçün 15 manat rüsum nəzərdə tutulub.

Pilotsuz uçuş aparatlarına qeydiyyat sertifikatının verilməsi üçün 10 manat, pilotsuz uçuş aparatları istismarçılarına əməliyyat icazəsinin verilməsi üçün 10 manat, məsafədən idarə edən pilotlara (operatorlara) şəhadətnamələrin verilməsi üçün 10 manat, model pilotsuz uçuş aparatı klubları və ya assosiasiyalarına icazələrin verilməsi üçün 10 manat dövlət rüsumu ödəniləcək.скачать dle 11.3

Son xəbərlər