Mojo.az Banner
23:01 Dubay müharibəyə görə dəqiqədə 1 milyon dollar itirir  |     22:56 Azərbaycan ötən ay qızıl ixracından 56,1 milyon manat qazanıb  |     22:50 Astara buraxılış məntəqəsindən yüzdən çox Rusiya vətəndaşı təxliyə olunur  |     22:43 Avtobusların dəyişdirilməsi sərnişinlərin narazılığına səbəb olub - Video  |     22:38 ABŞ İspaniya ilə ticarəti dayandıracaq  |     22:30 Aviabiletlər bahalaşdı - Video  |     22:19 Bu şəhərlərə bütün uçuşlar geri qaytarılıb  |     22:10 İranlı alimlər hakimiyyətin Pəhləviyə verilməsini tələb etdilər - FOTO  |     22:00 Rusiyanın xüsusi təyyarəsi Lənkərana eniş etdi  |     21:54 “Şiddətli müharibə fonunda Azərbaycanın humanitar dəhliz missiyası həyati əhəmiyyət daşıyır”-Fərid Şahbazlı  |     21:44 İspaniya ilə ticarəti tam dayandırırıq - Tramp  |     21:36 Ramazan ayının on dördüncü günü: İmsak və iftar vaxtı, günün duası  |     21:15 Metroda bu istiqamətdə hərəkət qrafiki yenilənir - FOTOLAR  |     21:05 Bu ərazidə 1600 abonent qazsız qalacaq  |     20:59 İnsanın düzgün yaşlandığını necə başa düşmək olar? - 7 əlamət  |     20:51 Avropa çempionu olan Azərbaycan cüdoçusuna cəza verildi  |     20:46 Halsızlığın gizli səbəbləri: Xoroniki yorğunluq düşündüyünüzdən daha ciddi ola bilər  |     20:40 Temperatur enəcək, qar yağacaq (XƏBƏRDARLIQ)  |     20:35 Vergi orqanı ilə şirkət rəhbəri arasında 5 milyonluq mübahisə  |     20:28 Elşən Binəqədinin meyiti morqda niyə qaldı? – Meyxanaçılardan açıqlamalar  |    
Left Banner
Right Banner

Yeni rüsumlar müəyyənləşdi - Beş qəpikdən beş manatadək

18.05.2018 12:56 1 298
Yeni rüsumlar müəyyənləşdi - Beş qəpikdən beş manatadək
Ölkədə baytarlıq şəhadətnaməsinin, sertifikatının və baytarlıq preparatlarının qeydiyyat şəhadətnaməsinin verilməsi üçün yeni rüsumlar müəyyənləşib.

Bununla bağlı parlamentin Aqrar siyasət komitəsinin mayın 18-də keçirilən iclasında “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi məsələsi müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, qida təhlükəsizliyi sertifikatının verilməsi üçün 20 manat dövlət rüsumu müəyyən edilib. Qida təhlükəsizliyi qeydiyyatının xüsusiyyətlərindən asılı olaraq 150 manat (ilk dəfə reyestrə daxil edilməyə görə), 50 manat ( reyestr məlumatlarında dəyişikliklərin qeydiyyatına görə) və 10 manat (reyestrdən çıxarışın dublikatının verilməsinə görə) rüsum müəyyən edilir.

Heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq normalarına cavab verməsini təsdiq edən ekspertiza aktının verilməsi və ya ət, heyvan və quş cəmdəklərinin və digər məhsulların üzərinə nişan qoyulmalıdır. Bu cür nişanın qoyulmasına görə heyvanların, heyvan mənşəli məhsulların və xammalın növləri və xüsusiyyətləri nəzərə alınmaqla 5 qəpikdən - 5 manatadək miqdarda dövlət rüsumu müəyyən edilir.

Bir sıra hallara görə isə rüsumlar artırılıb. Baytarlıq sertifikatının verilməsi üçün bir sənədə görə rüsum 5 manatdan 20 manata, baytarlıq preparatlarının qeydiyyat şəhadətnaməsinin verilməsinə görə (bir preparat) rüsum 50 manatdan 100 manata, pestisidlərə, bioloji preparatlara və aqrokimyəvi maddələrə qeydiyyat şəhadətnaməsinin verilməsi üçün (bir sənəd) rüsum 50 manatdan 100 manata, idxal karantin icazəsinin verilməsi üçün (bir icazə) rüsum 3 manatdan manata, növündən asılı olmayaraq bir nəqliyyat vasitəsinə (dəst) görə rüsum 1 manatdan 10 manata, bir poçt göndərişinə (dəst) görə rüsum 20 qəpikdən 2 manata qaldırılıb.

Dəyişiklik layihəsi Milli Məclisin (MM) plenar iclasında müzakirəyə çıxarılacaq.скачать dle 11.3
Mojo.az Banner