Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

250 min ildir "yatan" "zombi vulkan" yenidən aktivləşir

30.04.2025 19:09 1 101
250 min ildir
Boliviyanın cənub-qərbində yerləşən Uturunku vulkanı artıq 250 min ildir ki, püskürmür. Lakin alimlərin müşahidələrinə əsasən, bu "zombi vulkan" yenidən canlanma əlamətləri göstərir - bölgədə yeraltı təkanlar və qaz çıxışları qeydə alınıb.

Çin, Böyük Britaniya və ABŞ-dan olan alimlərin apardığı tədqiqatın nəticələri PNAS elmi jurnalında dərc olunub.

Cənubi Amerikanın And dağlarında yerləşən və Boliviyanın ən yüksək zirvələrindən biri olan Uturunku vulkanı elm üçün hələ də tam aydın olmayan geoloji sirr olaraq qalır. Tədqiqatçılar bildirir ki, vulkan ətrafında "sombrero" formasında yer səthinin deformasiyası müşahidə olunur - vulkanın üstündə torpaq qalxır, ətraf sahələrdə isə çökür. Bu isə dərinlikdə geoloji aktivlikdən xəbər verir.

Alimlər 1700-dən çox yeraltı təkanı analiz edərək Uturunkunun altındakı yer qabığının quruluşunu vizuallaşdırmağa nail olublar. Bu texnika "seysmik tomoqrafiya" adlanır.

Tədqiqat nəticəsində məlum olub ki, vulkanın zombi kimi davranmasının əsas səbəbi kraterin altındakı rezervuarlarda toplanan isti mayelər və qazların hərəkətidir. Məhz bu mayelərin yerdəyişməsi yeraltı təkanlara və torpağın qalxıb-çökməsinə səbəb olur.

Alimlər qeyd edirlər ki, bu metodika digər təxminən 1400 potensial aktiv vulkanın da öyrənilməsi üçün faydalı ola bilər.
//qaynar.az

Son xəbərlər