Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

"Apple" yenidən dünyanın ən dəyərli şirkəti oldu

10.04.2025 21:39 1 104
"Apple" korporasiyası ABŞ fond bazarlarında baş verən artımlar fonunda kapitallaşmasını artıraraq yenidən dünyanın ən dəyərli şirkətinə çevrilib.

Qaynarinfo xəbər verir ki, ticarət məlumatlarına əsasən, şirkətin səhmləri 15,3% bahalaşaraq "Apple"ın ümumi bazar dəyərinin 2,59 trilyon dollardan 2,99 trilyon dollara yüksəlməsinə səbəb olub. Ticarət sessiyası bir səhmin 198,85 dollar qiyməti ilə başa çatıb.

Daha əvvəl reytinqin zirvəsində olan "Microsoft" ticarət gününü 2,9 trilyon dollar kapitallaşma ilə yekunlaşdıraraq, liderliyi "Apple"a verib. Qeyd edək ki, "Microsoft"un səhmləri də 10,1% artıb.

Bir gün əvvəl "Apple"ın kapitallaşması mart ayının sonundakı 3,34 trilyon dollarlıq səviyyə ilə müqayisədə 22% azalmışdı. Aprelin əvvəlindən bəri azalma 10,5% səviyyəsində qiymətləndirilirdi.

"Apple" və "Microsoft" şirkətlərinin kapitallaşmasındakı artım ABŞ fond bazarlarında müşahidə olunan ümumi yüksəliş - yəni ticarət rüsumlarının müvəqqəti dayandırılması nəticəsində baş verib. ABŞ prezidenti Donald Tramp, 75-dən çox ölkəyə qarşı tətbiq olunacaq güzgü rüsumlarının 90 gün müddətinə təxirə salındığını bəyan edib. Bu addım, "Nasdaq Composite" də daxil olmaqla əsas fond indekslərinin güclənməsinə səbəb olub - "Nasdaq Composite" indeksi 12,16% artım nümayiş etdirib.скачать dle 11.3
Mojo.az Banner