Mojo.az Banner
23:04 Tramp Süni İntellekt Qüvvələrini yaratdı  |     22:52 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi  |     20:52 Bakıda 2 nəfər dənizdə batdı  |     20:47 “Bitcoin”in qiyməti yenidən 81 min dolları ötüb  |     20:39 COVİD-19 geri qayıdır - Çox sayda yoluxan var  |     20:31 Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək  |     20:26 Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?  |     20:16 Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama  |     20:11 44 yaşlı Röyadan yeni - FOTOLAR  |     20:04 Pakistan Yəmən müharibəsinə cəlb oluna bilər  |     19:58 Saçları belə yığmaq təhlükəlidir – MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ  |     19:50 “SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” -VİDEO  |     19:45 Təzyiqi yüksəldən qidalar: Həkimdən XƏBƏRDARLIQ  |     19:36 Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı  |     19:29 "Qarabağ"ın 5 legioneri millidən dəvət aldı  |     19:23 Azərbaycanda 90 məktəblə bağlı qərar verildi  |     19:09 Yuxu zamanı yataq otağındakı işıq ürəyə necə təsir edir?  |     19:03 Nəriman Axunzdadə Azərbaycan U-21 millisinə çağırıldı  |     18:56 Ay necə yaranıb? - Yeni kosmik missiya milyard illik sirrə işıq sala bilər  |     18:51 Diploma gedən yol qısalır: Bakalavr 3, magistratura 1 il olacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

64 yaşlı şəxs özünü dövlət qurumunun işçisi kimi təqdim etdi: 85 min manatlıq dələduzluq

31.03.2025 12:03 714
64 yaşlı şəxs özünü dövlət qurumunun işçisi kimi təqdim etdi: 85 min manatlıq dələduzluq
64 yaşlı şəxs bu dəfə 85 min manatlıq dələduzluğa görə hakim qarşısına çıxarılıb. O, daha əvvəl də külli miqdarda dələduzluqda ittiham olunaraq 6 il müddətinə azadlıqdan məhrum edilib. Həbsdə olduğu zaman daha bir cinayət əməli üzə çıxıb.

Median.Az
Musavat.com-a istinadən xəbər verir ki, 64 yaşlı Şahlar Allahverdiyev "Art Dizayn" MMC-nin direktoru olub. Allahverdiyev özünü Əmlak Məsələləri Dövlət Xidmətinin üzvü kimi təqdim edib. İş adamlarından obyekt tikintiləri üçün lazmı sənədləri hazırlamaq, rəsmi qurumlardan icazə almaq adı ilə külli miqdarda pul alıb.

2024-cü ildə onun barəsində 6 il azadlıqdan məhrum etmə cəzası təyin edilib. Həmin işdə ümumi zərər 300 min manata yaxın olub. O, bəzi zərərçəkmişlərlə barışsa da, digərlərinin pulunu ödəməyib.

Allahverdiyev həbsdə olan zaman ondan daha bir iş adamı şikayətçi olub. Bu dəfə Elşad adlı iş adamına qarşı 85 min manatlıq dələduzluq edib. Belə ki, yanacaqdoldurma məntəqələri olan Elşad adlı iş adamı Astarada yeni yanacaqdoldurma məntəqəsi tikmək istəyib. Buna görə yol kənarında olan torpaq sahəsinin təyinatının dəyişdirilməsi və layihənin hazırlanması üçün Allahverdiyevə hissə-hissə olmaqla 85 min manat pul verib.

Allahverdiyev deyib ki, aldığı pulun 65 min manata yaxınını layihə üçün xərcləyib. O, iş alınmadığı üçün Elşadın ondan şikayət etdiyini deyib.

Zərərçəkmiş şəxs pulunu ala bilmədiyi üçün Allahverdiyevdən şikayətçi olduğunu, ona ağır cəza verilməsini istəyib.

Məhkəmənin hökmü ilə Allahverdiyev 6 il azadlıqdan məhrum edilib. Onun indiki cəzası əvvəlki 6 illik həbs cəzası ilə birləşdirilib və ümumi olaraq 8 il azadlıqdan məhrum edilib.скачать dle 11.3
Mojo.az Banner