Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda həbsdə olan şəxsin 1.4 milyonluq cinayəti üzə çıxdı

05.08.2024 15:15 1 011
Bakıda həbsdə olan şəxsin 1.4 milyonluq cinayəti üzə çıxdı
Bakıda vətəndaşa qarşı dələduzluqda ittiham edilərək 5 il 6 ay həbsə məhkum edilən 1987-ci il təvəllüdlü Fəxrəddin Cavanşirovun yeni əməlləri üzə çıxıb.

"Qafqazinfo" xəbər verir ki, 165 min manatlıq dələduzluq işinə görə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə təqsirləndirilən F.Cavanşirova bu dəfə 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə ittiham elan edilib.

2021-ci ildən həbsdə olan şəxsin ondan əvvəlki müddətdən bir neçə nəfəri aldadaraq böyük məbləğdə pullar alması üzə çıxıb. Belə ki, onun vətəndaşlardan biznes qurmaq adı ilə müvafiq olaraq 630 min, 196 min, 268 min, 120 min, 133 min manat alaraq ələ keçirməsi məlum olub.

İş üzrə 5 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. Məlum olub ki, Fəxrəddin özünü bacarıqlı, uğurlu biznesmen kimi təqdim edib və aldatdığı şəxslər bir-biri ilə qohum olub. O, yaxşı münasibətdə olduğu həmin insanlara özünü xaricdən idxal etdiyi mobil telefon aparatları, mobil telefon aksesuarları və bahalı qol saatlarının alqı-satqısı ilə məşğul olan peşəkar ticarətçi kimi təqdim edib. Əgər sərmayə olaraq külli miqdarda pul verərlərsə, onları da öz biznesinə şərik edəcəyini və qoyulan sərmayə hesabına biznesini genişləndirib birlikdə yaxşı gəlir əldə edəcəkləri barədə yalan vəd verməklə aldadıb.

Bakı Ağır Cinayətlər Məhkəməsi F.Cavanşirov barəsindəki yeni cinayət işi üzrə hökm çıxarıb. Onun barəsində yeni hökm elan edilib və 10 il 6 ay həbs cəzası təyin edilib.скачать dle 11.3

Son xəbərlər