Mojo.az Banner
23:01 Bakıda bəzi ərazilərdə torpaq və mənzillər bahalaşacaq - Siyahı  |     22:57 Daha bir canlı əfsanə futbola geri qayıtdı  |     22:50 Amansızlıqla qətlə yetirilən Fatimənin FOTOSU  |     22:44 Şans tezliklə üzünü üç BÜRCƏ çevirəcək  |     22:39 Ən təhlükəli süni intellekt alətləri – BUNLAR RİSKLİDİR  |     22:34 Xalq artistinin məclisdə pul toplaması qınandı - VİDEO  |     22:29 Səhiyyə Nazirliyindən peyvəndlə bağlı ÇAĞIRIŞ  |     22:24 Azərbaycan ən çox nədən pul qazanır? – Əsas gəlir mənbələri  |     22:16 Yağışlı havada piyadaya su sıçratmağın cəriməsi nə qədərdir?  |     22:09 Cüzdan oğurlayan şəxsə 23 gün həbs cəzası verildi  |     22:01 Ceyhun Bayramov Orta Dəhlizin artan rolundan danışdı  |     21:55 Cümə günü maqnit qasırğası olacaq  |     21:47 Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq  |     21:39 Kassir mağazanı qarət etdi, pulları gecə klublarında xərclədi  |     21:35 Yalandan hüquq-mühafizə orqanlarında işlədiyini dedi, cərimələndi  |     21:30 Eyni parolu bir neçə hesabda istifadə etməyin - hesablarınız ələ keçirilə bilər  |     21:24 Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub  |     21:18 Məşhur şadlıq evində xoşagəlməz mənzərə - FOTO  |     21:18 "Bu şəxsin cəzasını artırın"  |     21:13 Avropa Birliyində vəba təşvişi - Komissiya Rusiyanı müzakirə edəcək  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda külli miqdarda dələduzluq edən qadına hökm oxundu

14.03.2024 11:25 1 215
Bakıda külli miqdarda dələduzluq edən qadına hökm oxundu
Bakıda bir neçə nəfərə qarşı külli miqdarda dələduzluqda təqsirləndirilən 1983-cü il təvəllüdlü Gülnarə Zeynalabdin qızı Mirzəyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə G.Mirzəyevanın ümumilikdə yeddi nəfərə qarşı təxminən 600 min manatlıq dələduzluq etməsi bildirilib.

Məlum olub ki, G.Mirzəyeva zərərçəkmiş şəxslərin inam və etibarını qazanaraq onlardan müvafiq olaraq 205 600, 85 000, 25 000, 73 000, 58 000, 98 200 və 31 000 manat dəyərində (ümumilikdə 575 800 manatlıq) qızıl-zinət əşyaları və ya nağd pul alıb. Lakin verdikləri pulu və ya qızılları geri ala bilməyən şəxslər Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət ediblər.

Məhkəmədə G.Mirzəyeva şikayətçilərdən yalnız biri ilə bağlı əməlini təsdiq edib. Digər şəxslərlə arasında borc məsələsinin olmasını iddia edib. Zərərçəkmiş şəxslər isə onlara dəymiş ziyanın ödənilməsini tələb ediblər.

Bakı Ağır Cinayətlər Məhkəməsi Gülnarə Mirzəyevanı Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla) maddəsi ilə təqsirli bilərək səkkiz il müddətə həbs cəzası verib.скачать dle 11.3
Mojo.az Banner