Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Ağızdan gələn xoşagəlməz qoxunun gözlənilməz səbəbi açıqlandı

31.03.2025 11:43 984
Ağızdan gələn xoşagəlməz qoxunun gözlənilməz səbəbi açıqlandı
Ağızdan gələn xoşagəlməz qoxu problemi (halitoz) çoxlarını narahat edir və əksər hallarda bunun səbəbi diş, diş əti və ya həzm orqanlarının xəstəlikləri ilə əlaqələndirilir. Lakin daha az aşkarda olan başqa bir səbəb də var - burun çəpərinin əyilməsi. Bu anatomik qüsur burun boşluğunun, tənəffüs yollarının və burun-udlaq boşluğunun vəziyyətinə təsir göstərərək, nəticədə, ağızdan gələn pis qoxuya səbəb ola bilər.

Bunu Gazeta.ru-ya rusiyalı plastik cərrah, qulaq-burun-boğaz həkimi, art-lor-rinoplastika metodikasının müəllifi İlyana Qonçarova izah edib.

Statistikaya görə, burun çəpəri əyriliyi müxtəlif dərəcələrdə insanların 80%-dən çoxunda müşahidə olunur. Yüngül hallarda bu, heç bir narahatlıq yaratmır, lakin əhəmiyyətli deformasiyalar həyat keyfiyyətini xeyli pisləşdirə, o cümlədən ağızdan pis qoxunun yaranmasına səbəb ola bilər.

"Ağızdan gələn pis qoxu orqanizmdə ciddi pozuntuların nəticəsi ola bilər və burun çəpəri əyriliyi də belə səbəblərdən biridir. Bu anatomik qüsur tez-tez burun və burun-udlaq boşluğunun xroniki xəstəliklərinə səbəb olur ki, bu da bakteriyaların çoxalması və onların toplanması üçün əlverişli mühit yaradır", - ekspert qeyd edib.скачать dle 11.3
Mojo.az Banner