Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Erməni separatçıların Rusiyadakı "nümayəndəliyi"nin fəaliyyəti dayandırıldı

29.03.2025 14:15 2 181
Erməni separatçıların Rusiyadakı
Erməni separatçıların Rusiyadakı "nümayəndəliyi"nin fəaliyyəti dayandırılıb.

Bu barədə Ermənistanın "Past" qəzeti məlumat yayıb.

Bildirilir ki, 44 günlük müharibədən sonra da belə məlumatlar yayılmışdı, lakin sonradan təkzib edilmişdi.

Qeyd olunur ki, "nümayəndəlik" həqiqətən də o zaman fəaliyyətini davam etdirirdi, lakin bu yaxınlarda bağlanıb.

Diplomatik mənbələrə istinadla o da vurğulanır ki, separatçı rejimin ləğv edilməsindən sonra "nümayəndəliy"in funksiyalarının qismən Ermənistanın Rusiyadakı səfirliyinə ötürülməsi təklif olunmuşdu.

"Lakin məlumatımıza görə, bu mövzu da indi bağlanıb", - deyə qəzetdən bildirilir.

Son xəbərlər