Mojo.az Banner
23:01 Problemli kreditlərin həcmi artır - Səbəb nədir? (VİDEO)  |     22:55 Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO  |     22:48 Ukraynada döyüşən daha bir azərbaycanlı həlak oldu  |     22:43 Vasif Talıbovun yaxın adamının 12 illik fəaliyyəti yoxlanılır  |     22:34 "Turan Tovuz" "Fənərbağçaya məğlub oldu  |     22:29 Gəncədə bədbəxt hadisə: Bacı-qardaş xəstəxanaya yerləşdirildilər  |     22:21 Paytaxtın bəzi ərazilərində işıq olmayacaq  |     22:16 Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alındı  |     22:10 Sürücülərə xəbərdarlıq: Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:02 Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - Açıqlama  |     21:56 Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı  |     21:48 Ağdaşda evdə yanğın - Ana və oğulları ilə bağlı təfərrüat  |     21:40 Bakıda ən ucuz evlər bu ərazidədir  |     21:35 Payız axşamlarında izlənməli 5 film  |     21:27 Müəllimlərin yaş həddi ilə bağlı yeni məlumat  |     21:22 Təyyarəni qəzaya uğratmaq istəyən pilotun keçmişi ilə bağlı şok detallar üzə çıxdı  |     21:14 Tanınmış həkim xərçəngin səbəblərin açıqladı  |     21:08 6 min manat alıb oğlunu həbsdən çıxaracağını vəd etdi - 2 il 9 ay həbs  |     21:00 Büdcə smartfonlarının sonu: "Samsung" və "Google" modellərinin qiyməti kəskin artdı  |     20:55 Toyuq əti bu səbəblərdən bahalaşır  |    
Mojo.az Avto
Mojo.az Avto

XİN separatçıların Argentina səfərinə münasibət bildirib

03.05.2019 12:09 3 880
XİN separatçıların Argentina səfərinə münasibət bildirib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) erməni KİV-də qondarma separatçı rejimin “xarici işlər naziri”nin Argentinada görüşlər keçirməsi ilə bağlı yayılan məlumatları şərh edib.

XİN-ın açıqlamasında bildirilir ki, Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma separatçı rejimin “nümayəndəsi”nin Argentinaya səfəri ilə bağlı erməni KİV-lərində yayılmış məlumatlar qanunsuz rejimin təşviqinə hesablanıb və özünü aldatmadan başqa bir şey deyil.

“Argentinanın erməni icmasının Buenos-Ayres Universitetinin Hüquq fakültəsində təşkil etdiyi uydurma “erməni soyqırımı”na həsr edilmiş tədbirlərdə iştirak edən separatçı rejim nümayəndəsi Argentinada hər hansı ölkə rəsmisi ilə görüşə nail olmayıb.

Bundan əlavə, Argentinanın “Erməni İnstitutları” adlı təşkilatı Argentina Xarici İşlər və Etiqad Nazirliyinin 24 aprel 2019-cu il tarixində dövlət qurumlarına ünvanladığı notanı dərc edərək öz dərin narahatlığını ifadə edib.

Belə ki, Argentina Xarici İşlər və Etiqad Nazirliyi sözügedən notasında Argentinanın BMT Nizamnaməsinin 2-ci maddəsində əks olunmuş, digər Dövlətin daxili işinə qarışmama və Dövlətin ərazi bütövlüyünə hörmət prinsipinin suveren dövlətlər arasında münasibətlərin, həmçinin beynəlxalq sülh və təhlükəsizliyin fundamental sütunu hesab etdiyini və bu səbəbdən, Argentina Respublikasının öz müstəqilliyini elan etmiş “Dağlıq Qarabağ Respublikası” və ya “Artsax”ı beynəlxalq hüquq çərçivəsində müstəqil və suveren dövlət kimi tanımadığını vurğulayır.

Bununla əlaqədar, separatçıların “xarici işlər naziri”ni qəbul etməmək və onunla rəsmi görüşlər keçirməmək tövsiyə olunur.

Göründüyü kimi, separatçı rejimin dırnaqarası nümayəndəsi qanunsuz işğalçı rejimin beynəlxalq ictimaiyyət, o cümlədən, Argentina tərəfindən tanınmadığının bu ölkəyə səfər edərək şəxsən şahidi olub.

Eyni zamanda bildirmək istərdim ki, həmin tarixlərdə Argentina Milli Konqresinin Deputatlar Palatasının sədri Emilio Monzo ilk dəfə olaraq ölkəmizdə rəsmi səfərdə olmuş və keçirdiyi bütün görüşlərdə Argentinanın yuxarıda qeyd olunan mövqedən çıxış etdiyini və ölkəsinin Azərbaycanla bütün sahələrdə əməkdaşlığı dərinləşdirməkdə maraqlı olduğunu bəyan edib”, - deyə açıqlamada qeyd olunur.скачать dle 11.3
Mojo.az Banner