Mojo.az Banner
23:14 “Çudo Peçka”nın sahibi 9 il sonra azadlığa çıxdı  |     23:01 "Qarabağ"ın U-19 komandasının rəqibi bəlli oldu  |     22:56 Roza prezidentlərin qarşısında çıxış etdi (VİDEO)  |     22:49 Dubay və Misirə səyahət etmək istədilər, dələduzluğun qurbanı oldular  |     22:43 Bu bölgədə alkoqollu içkiyə xərclənən vəsait kəskin artıb - Rayonlar üzrə siyahı  |     22:35 Azərbaycan və Çin Xəzərdə enerji layihələrini müzakirə etdi  |     22:30 267 nəfəri daşıyan gəmi 20 dəqiqəyə batdı: Faciədən sağ çıxanlar danışdı  |     22:24 Heydər Əliyev Mərkəzi Özbəkistan bayrağının rəngləri ilə işıqlandırılıdı  |     22:16 Trampdan XƏBƏRDARLIQ: "İrana ən böyük hücum hələ qarşıdadır"  |     22:04 Leyla Abdullayeva Paris merinə ETİRAZ MƏKTUBU ünvanladı  |     21:59 Bakıda 46 küçədə təmir işləri yekunlaşdı  |     21:33 Cem Yılmaz xəstəxandan evə buraxıldı  |     21:26 Sirkədən zəhərlənən şəxs xəstəxanada öldü  |     21:21 Kosmosa uçan ilk jurnalist vəfat etdi  |     21:14 3 uşaqlı ailələrə müavinət veriləcək? - Deputatdan AÇIQLAMA  |     21:08 Honda və Nissan əməkdaşlıq edəcək  |     21:00 Sabah universitetlərin boş qalan plan yerlərinə və kolleclərə ixtisas seçimi başa çatır  |     20:55 Bu bürclər seçim qarşısında qalacaq  |     20:49 Avropada ən çox satılan avtomobillər: Bu modelin satışları sürətlə artır  |     20:42 Balıq mövsümü başladı: Qiymətlər necədir?  |    
Left Banner
Right Banner

"SalamNews" və "İnteraz"ın rəhbəri Mətləb Bağırov məhkəmədə ifadə verib

28.01.2025 12:47 1 623
"SalamNews" informasiya agentliyi və "İnteraz"ın rəhbəri Mətləb Bağırovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Median.Az
"Report"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə Mətləb Bağırov ifadə verib.

O bildirib ki, 2003-cü ildən ölkə xaricində yaşayır və Azərbaycanla yanaşı, həmçinin Rusiyanın da vətəndaşıdır:

"İttihama görə, guya mən Azərbaycanda media şirkəti yaratmışam. "İnteraz" kanalını Rusiyada Azərbaycan diasporu yaradıb. Daha sonra 2007-ci ildə mən almışam, 2009-cu ildə "SalamNews" agentliyini yaratmışam. 2017-ci ildə kanalın Türkiyə nümayəndəliyi yaradılıb. Bu kanal Azərbaycan kanalı deyil, Azərbaycan diasporunun kanalı olub və Rusiyada yaranıb".

Mətləb Bağırovun sözlərinə görə, onun biznesi ölkə xaricindədir:

"Həmçinin şəriklərim də var. İşlərimi özüm birbaşa görməsəm də, məsuliyyəti boynuma götürdüm. Bəzi işləri şərikim T.X. həyata keçirirdi. Pul lazım olanda ona deyirdim, göndərirdi. Pulu necə göndərdiyi barədə xəbərim yox idi. N.K. adlı şəxs T.X.-nin tanışı idi. Mən onu şəxsən tanımırdım. Güman edirəm ki, T.X.-də pul olmayanda başqa tanışlarından alıb mənə göndərirdi, N.K. da onlardan biri ola bilər".

Məhkəmənin növbəti iclası fevralın 10-a təyin olunub.

Qeyd edək ki, Hacı Mətləb kimi tanınan Mətləb Bağırov 2023-cü il yanvarın 30-da həbs olunub. Cinayət işi üzrə zərərçəkmiş qismində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tanınıb. Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə ona Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsi (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi), 167-3.1-ci maddəsi (dini ekstremist materialları saxlama), 193.2.2-ci maddəsi (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalançı sahibkarlıq), 193-1.3.2-ci maddəsi (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pulları leqallaşdırma) və digər maddələri ilə ittiham irəli sürülüb.скачать dle 11.3
Mojo.az Banner