Mojo.az Banner
17:23 Teatrın kulisində görünməyən həyat: kirayə, işsizlik, sədaqət — Elman Rəfiyevlə MÜSAHİBƏ  |     17:09 Bu yolda sürət həddi endirildi  |     17:09 Aİ-nin Tbilisidəki səfiri Gürcüstan XİN-ə çağırıldı - SƏBƏB  |     16:49 Türkiyədə 70 kq qızılla saxlanılan sabiq hərbi attaşe köməkçisinə HÖKM OXUNDU  |     16:48 Məzahir Pənahov yenidən MSK sədri seçildi  |     16:12 Nazirlik qeyri-sabit hava şəraiti ilə əlaqədar ƏHALİYƏ MÜRACİƏT ETDİ  |     15:42 Stalinin Azərbaycanda həbsdə yatdığı qala təmirə bağlanır  |     15:00 Birgə yaşadıqları şəxsi pula görə öldürməkdə təqsirləndirilənlərin məhkəməsində GƏRGİNLİK  |     14:50 Günəşdə iki partlayış baş verib  |     14:47 Azərbaycanda quş qripi və Nyukasl xəstəliyinə yoluxma var? - Rəsmi  |     14:44 Paşinyan Azərbaycanla sərhədin növbəti delimitasiyasının anonsunu verdi  |     14:42 Bakıda 41 yaşlı qadın faciəli şəkildə öldü  |     14:41 Türkiyəli məşhur aşpaz Somer Sivrioğlunun narkotik testinin nəticəsi məlum oldu  |     13:15 Leyla Əliyeva İsmayıllı şəhəri Uşaq və Ailələrə Dəstək Mərkəzindən paylaşım edib - FOTO  |     12:53 "Real Madrid" Mbappeni "itirdi"  |     12:51 Gürcüstanda 55 əcnəbi saxlanıldı - Aralarında Azərbaycan vətəndaşları da var  |     12:35 Ağcabədidə iki əmioğlu öldürüldü - 22 yaşlı tanışları SAXLANILDI (Yenilənib)  |     12:08 Ağdaşda 68 yaşlı kişi kafedə öldü  |     11:52 İmtahanların başlama saatı DƏYİŞDİRİLDİ  |     11:44 Amnistiya aktının icrası BAŞA ÇATDI - Qərar neçə şəxsə şamil edildi?  |    
Left Banner
Right Banner

"İnteraz" TV rəhbərinin məhkəməsi: "İki milyon manatdan söhbət gedir, hamısı çantadan ola bilməzdi"

10.12.2024 15:30 981
"SalamNews" informasiya agentliyi və "İnteraz"ın rəhbəri Mətləb Bağırovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Median.Az
APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə şahidlər dindiriliblər.

İlk olaraq Mətləb Bağırovun evinə keçirilmiş baxışda iştirak etmiş Daxili İşlər Nazirliyinin iki əməkdaşı şahid qismində ifadə verib.

Onlar baxış keçirdikləri evdə dini kitablar və disk aşkar etdiklərini bildiriblər. Digər şahid Fərid Hüseynovun isə Mətləb Bağırovun bacısının həyat yoldaşı olduğu, eyni zamanda sürücüsü vəzifəsində çalışdığı bildirilib. O, təqsirləndirilən şəxsin saxlanılmasından danışıb. Deyib ki, onlar maşınla gedərkən Qaradağ postunda polis əməkdaşları tərəfindən saxlanılıblar. Daha sonra polis bölməsində ifadə veriblər. Şahid daha sonra sərbəst buraxıldığını, bir müddət sonra küçədə ictimai qaydanı pozduğuna görə saxlanıldığını, haqqında inzibati həbs seçildiyini bildirib. Dövlət ittihamçısı şahidə Mətləb Bağırova pul aparması ilə bağlı sual ünvanlayıb.

F.Hüseynov bildirib ki, belə hallar olub, lakin ona bu barədə tapşırığı Mətləbin tanışı Tural adlı şəxs verib. O, "Kefsiz Hüseyn" və Anar adlı digər şahidləri də tanıdığını deyib. O, Mətləbin tanışı Tural adlı şəxsin tapşırığı əsasında Bakı şəhərində "Kefsiz Hüseyn" və Anar adlı şəxslərdən hər dəfə 10 min, 50 min manat dəyərində müxtəlif məbləğlərdə vəsait alaraq Mətləb Bağırova gətirdiyini əlavə edib. Onu da bildirib ki, onların hansı fəaliyyətlə məşğul olduğunu bilmir. Şahidin indiki ifadəsi ilə ibtidai istintaqa verdiyi ifadə ziddiyyət təşkil etdiyi üçün ilkin ifadəsi elan olunub. Şahid ifadəni təsdiq etməyib. Sualları cavablandıranda qeyd edib ki, pullarla bağlı proses 10-15 il ərzində olub. Bildirib ki, Mətləb Bağırovun çanta ticarəti biznesi olub və bu yollarla ona pullar gətirilib.

Dövlət ittihamçısı: "Burada iki milyon manatdan söhbət gedir, bunların hamısı çantadan gələn gəlir ola bilməzdi", - deyə etiraz edib. Şahid isə bildirib ki, məbləği dəqiq bilməyib.

Proses yanvarın 6-da davam etdiriləcək.

Qeyd edək ki, "Hacı Mətləb" kimi tanınan Bağırov Mətləb Mirzəmməd oğlu xaricdə dini təhsil alıb, "İnterAz" və "SalamNews" informasiya agentliklərinin təsisçisi olub. O, 2023-cü il yanvarın 30-da Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə həbs olunub. Cinayət işi üzrə zərərçəkmiş qismində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tanınıb. Ona qarşı cinayət yolu ilə əldə olunmuş əmlakı leqallaşdırma, yalançı sahibkarlıq, dini ekstremist materialları saxlama, qaçaqmalçılıq və digər maddələrlə ittiham irəli sürülüb.

M.Bağırov Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsi (Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçinin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi), 167-3.1-ci maddəsi (Dini ekstremist materialları saxlama), 193.2.2-ci maddəsi (Xüsusilə külli miqdarda gəlir əldə etməklə yalançı sahibkarlıq), 193-1.3.2-ci maddəsi (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pulları leqallaşdırma) və digər maddələri ilə təqsirləndirilir.скачать dle 11.3
Mojo.az Banner