Mojo.az — elanlar
Son Xəbərlər
13:10 Hər gün istifadə etdiyimiz duz nə qədər təmizdir? – AÇIQLAMA  |     13:09 Prezident yeni icra başçısı təyin etdi  |     13:08 İlham Əliyev Elçin Yusubovu vəzifəsindən azad etdi  |     12:46 Azərbaycan-Türkiyə qardaşlığına kölgə salmaq istəyən qüvvələr var – Deputat  |     12:37 Azərbaycanda bəzi bələdiyyələrin adları dəyişdirildi  |     12:25 Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər  |     12:21 Ermənistan rəsmiləri TRIPP-in infrastruktur layihələri üçün Zəngəzura səfər ediblər  |     12:01 Bakıda iki yaşlı qız su kanalında boğuldu  |     11:56 Havanın isti keçməsinin səbəbi açıqlandı  |     11:53 Azərbaycan nefti cüzi bahalaşıb  |     11:52 Ermənistan sərhədi keçən azərbaycanlı çobanı geri qaytaracaq  |     11:50 Çoxmərtəbəli binanın zirzəmisində gizlədilən qızılları divarı dağıdaraq taladı  |     11:40 "Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı yeni qərar  |     11:38 Sahibkarın bir milyon manatını mənimsədi, mərc oyunlarında uduzdu - Bakıda şok dələduzluq  |     11:37 Həkim yod çatışmazlığından qorunmağın ən asan yolunu açıqladı  |     11:26 Avropada saytlara giriş kütləvi şəkildə məhdudlaşdırılır  |     11:15 Sabahdan Azərbaycanda bəzi gömrük rüsumları 20 dəfə artırılacaq  |     23:00 Bu 3 bürcün kişiləri xanıma pul xərcləməkdən zövq alır  |     22:54 Evinin "kupça"sı olmayanlara şad xəbər  |     22:49 Rusiyaya məxsus qırıcı təyyarə yerə çırpıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Meymunçiçəyi Azərbaycanda: Kimlər təhlükədədir...

18.01.2025 21:26 963
Meymunçiçəyi Azərbaycanda: Kimlər təhlükədədir...
Məlum olduğu kimi, bu gün Azərbaycanda 1 nəfərdə meymunçiçəyi xəstəliyinin aşkarlanması ilə bağlı rəsmi məlumat yayılıb.

Səhiyyə Nazirliyi və TƏBİB-in birgə məlumatında 22 yaşlı şəxsin bu il 2-11 yanvar tarixlərində xarici ölkəyə turistik səfər etdiyi, oradan döndükdən bir neçə gün sonra halsızlıq, hərarət, genital nahiyədə suluqlu səpgilər, limfa düyünlərinin böyüməsi və əzələ ağrıları ilə Bakıda fəaliyyət göstərən klinikalardan birinə müraciət etdiyi bildirilir.

Laborator müayinələrdən sonra meymunçiçəyi virusuna yoluxduğu təsdiqlənən şəxs hospitalizasiya edilib və xəstəxana şəraitində müalicə alır. Məlumatda, həmçinin şəxsin ailə üzvlərində xəstəlik əlamətlərinin olmadığı açıqlanıb.

Modern.az mövzunun aktuallığını nəzərə alaraq meymunçiçəyi ilə bağlı faktları təqdim edir.

Meymunçiyəyi virusu yeni növ virus deyil. İlk dəfə 1958-ci ildə laboratoriyada sınaq aparmaq üçün nəzərdə tutulmuş meymunlarda aşkar olunub, ona görə də virusa rəsmi olaraq "Monkeypox” virusu adı verilib.

İlkin simptomlara hərarət, baş ağrısı, şişlik, bel və əzələ ağrıları daxildir.

Qızdırma azaldıqdan sonra adətən üzdən başlayaraq bədənin digər hissələrinə, daha çox ovuclara və ayaq altlarına yayılan səpgilər əmələ gələ bilər. Həddindən artıq qaşınma və ya ağrılı ola bilən səpgilər dəyişib müxtəlif mərhələlərdən keçə bilir və nəticədə qabıq əmələ gətirir və tökülür. Bəzən səpgilər dəridə izlər buraxa bilər.

İnfeksiya adətən öz-özünə yox olur və təxminən 14-21 gün çəkir. Ağır hallarda lezyonlar bütün bədənə, xüsusən də ağız, göz və cinsiyyət orqanlarına yayıla bilər. Yoluxmuş şəxslə sıx təmasda olduqdan sonra insandan insana keçir. Buna cinsi əlaqə, dəri təması, yoluxmuş şəxsin yanında danışmaq və ya nəfəs almaq daxildir.

Virus açıq yaralar, tənəffüs yolları və göz, burun və ya ağız vasitəsilə də ötürülə bilər. Xəstəlik həmçinin virusa yoluxmuş yataq dəstləri, paltar və dəsmal kimi əşyalara toxunmaqla da yayıla bilər. Meymun, siçovul və dələ kimi yoluxmuş heyvanlarla sıx təmasda olmaq başqa bir təhlükədir.

2022-ci ildə pandemiya zamanı virus daha çox cinsi əlaqə yolu ilə yayılıb. Konqo Demokratik Respublikasında da mövcud epidemiya həm də cinsi əlaqədən qaynaqlanır.

Əksər hallarda cinsi baxımdan aktiv olan insanlarda və kişilərlə cinsi əlaqədə olan kişilərdə rast gəlinir.

Çoxlu partnyorları və ya yeni cinsi partnyorları olan insanlar da risk altında ola bilər. Lakin həm də simptomları olan biri ilə yaxın təmasda olan hər kəs, o cümlədən tibb işçiləri və ailə üzvləri virusa yoluxa bilər. Virusa yoluxmuş şəxslərlə yaxın təmasdan qaçmaq və virusun olduğu yerlərdə əllərini tez-tez yumaq tövsiyə olunur. Meymunçiçəyi xəstəliyi olan insanlar bədənlərindəki səpgilər yox olana qədər özlərini təcrid etməlidirlər.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) deyir ki, sağaldıqdan sonra 12 həftə ərzində cinsi əlaqə zamanı qoruyucu vasitələrdən istifadə etmək lazımdır. Çiçək xəstəliyində istifadə edilən müalicə üsulları da meymunçiçəyi üçün faydalı ola bilər, lakin onların nə dərəcədə effektiv olduğu hələ kifayət qədər məlum deyil. Epidemiya infeksiyaların qarşısını almaqla idarə oluna bilər. Bu peyvənd vasitəsilə edilə bilər.

Hazırda meymunçiçəyi üçün 3 peyvənd mövcuddur, lakin onlar yalnız risk altında olan və ya yoluxmuş şəxslə yaxın təmasda olanlara vurulur. ÜST geniş yayılmış peyvənd proqramını tövsiyə etmir. Yeni variantlarına qarşı peyvəndlərin nə qədər qorunma təmin etdiyini anlamaq üçün əlavə sınaqlara ehtiyac var.

ÜST bu yaxınlarda əczaçılıq istehsalçılarından peyvəndlərin hələ təsdiq edilməməsinə baxmayaraq, ehtiyac duyulan ölkələrdə təcili istifadə üçün əlçatan olmasını istəyib.

Son xəbərlər