Mojo.az Banner
20:54 Azərbaycanda yeni iş yerləri yaradılır: Kimlər işlə təmin olunacaq?  |     20:47 Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır  |     20:42 Su polisi brakonyerlik edən şəxsi saxladı  |     20:34 Bakıda 31 kq narkotik aşkarlanıb - VİDEO  |     20:29 Bu məhsulların gömrük rüsumu artırıldı  |     20:23 Azərbaycanın magistral qaz kəmərlərindən gəlirləri artıb  |     20:15 166 saylı marşrut avtobusundan NARAZILIQ - VİDEO  |     20:10 Pakistanda nazir silahlı şəxslər tərəfindən qaçırıldı - Video  |     20:01 Bərdədə "Kalaşnikov" və patronlar aşkarlandı  |     19:55 Sabah 35 dərəcə isti olacaq  |     19:48 Metronun iki stansiyasınının pulsuz olmasının səbəbi AÇIQLANDI  |     19:43 Azərbaycanda nə qədər inflyasiya gözlənilir?  |     19:36 1 vəkil Kollegiyadan xaric edildi  |     19:31 "Yeni iş yerlərinin əksəriyyəti bölgələrin payına düşəcək" - Deputat  |     19:23 Azərbaycan vətəndaşları bu ölkəyə vizasız gedə biləcəklər  |     19:17 Azərbaycanlı sahibkar Gürcüstanda faciəvi şəkildə öldü  |     19:09 Avtomobillərin katalizatorlarını baha edən nədir? - VİDEO  |     19:04 Türk Hava Yolları saqqal qadağasını ləğv etdi  |     18:59 Nəsimi rayonunda aparılan qazıntı işləri nə vaxt yekunlaşacaq?  |     18:53 Azərbaycan vətəndaşı Rusiyada dron hücumu nəticəsində öldü  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda meymunçiçəyi virusu ilə bağlı daha bir qurumdan AÇIQLAMA (YENİLƏNİB)

22.08.2024 11:23 1 374
Azərbaycanda meymunçiçəyi virusu ilə bağlı daha bir qurumdan AÇIQLAMA (YENİLƏNİB)
Meymunçiçəyi çox nadir hallarda rastlanılan zoonoz virus xəstəliyidir, yəni bu xəstəlik insana əsasən heyvandan keçir.

Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, xəstəliyin inkubasiya dövrü 5-21 gün arasında dəyişə bilər. "Xəstəlik adətən 2-4 həftə davam edir. Başlanğıc dövründə qeyd edilən kataral əlamətlər (hərarət, şiddətli başağrı, limfa düyünlərinin böyüməsi) sonradan səpgi dövrünə keçir. Səpgilər eyni inkişaf mərhələsində olmaqla bütün bədəni əhatə edir. Bir neçə gün davam edən səpgi eyni vaxtda qartmaq əmələ gətirməklə, yerində çapıq toxumasının əmələ gəlməsi ilə sağalır.

İnfeksiya insandan insana uzunmüddətli sıx təmas nəticəsində tamlığı pozulan dəri və selikli qişalar vasitəsilə ötürülür.

Xəstəliyə xas olan kliniki əlamətlər əmələ gəlməyənə qədər xəstə və ya onunla təmasda olan şəxslər yoluxucu hesab edilmir.

Xəstəlik adətən özünüməhdudlaşdıran xüsusiyyətə malikdir, yəni ağırlaşmayan hallar heç bir müalicə olmadan sağalır. Əksər xəstələrdə meymunçiçəyi yüngül formada keçdiyi üçün, simptomatik müalicə kifayət edir.

Azərbaycan ərazisində bu günədək meymunçiçəyi xəstəliyinə şübhəli hallar qeydə alınmayıb. Bu istiqamətdə Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən ciddi epidemioloji nəzarət aparılır, yoluxmaya şübhəli şəxslərin aşkarlanması, diaqnostikası və müalicəsi üçün müvafiq resurslar mövcuddur", - deyə məlumatda qeyd edilib.

* * * * *

Bu günə qədər TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində meymunçiçəyi xəstəliyinə yoluxma halına rast gəlinməyib.


Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) məlumatında qeyd olunub.

Bildirilib ki, yoluxma şübhəsi olan xəstədən qaydalara uyğun olaraq nümunə götürülərək ərazi üzrə Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə göndərilir.

"Hazırda TƏBİB tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində xəstələrin müalicəsi üçün uyğun infrastruktur mövcuddur. Tibb müəssisələri virus əleyhinə dərman vasitəsi ilə təmin olunub.

Eyni zamanda qeyd edirik ki, Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mütəxəssisləri tərəfindən birgə hazırlanan meymunçiçəyi xəstəliyinin diaqnostika və müalicəsi üzrə klinik protokol mövcuddur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının 14 iyun 2022-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş bu protokol ilkin səhiyyə xidmətində çalışan terapevtlər, pediatrlar, ailə həkimləri, təcili tibbi yardım həkimləri, həmçinin yoluxucu və dəri-zöhrəvi xəstəliklər üzrə mütəxəssislər üçün nəzərdə tutulub", - deyə məlumatda qeyd olunub.скачать dle 11.3
Mojo.az Banner