Mojo.az Banner
16:39 Moskvada Azərbaycan səfirliyinin qonaq evinin qarşısındakı təxribatın GÖRÜNTÜLƏRİ (Video)  |     16:28 30 abituriyent 600-dən çox bal topladı - Qəbul ola bilmədi  |     16:26 Bakıda evli qadını şantaj edən şəxs HƏBS OLUNDU  |     16:17 Sabirabadın 10 kəndində qaz kəsiləcək  |     16:09 Azərbaycanda "Balıqçılıq haqqında" qanun qüvvəyə mindi  |     15:59 Rəsmi Bakı Azərbaycanın Rusiyadakı səfirliyinin qonaq evi qarşısındakı TƏXRİBATI PİSLƏDİ  |     15:49 Prezident İlham Əliyevdən "Sabah" futbol klubu ilə bağlı SƏRƏNCAM  |     15:38 Hava Limanında sərnişində narkotik vasitə aşkarlanıb - FOTO  |     15:36 "Üzündə cızıq, dişlərinin düşdüyünü gördüm" - Müştərini döyən MTK sahiblərinin İŞİ  |     15:31 Bakıda EŞQ DRAMI: ayrılmaq istəyən sevgilisini öldürdü - YENİLƏNİB  |     15:25 Paşinyan: "Koçaryan və Sarqsyan yalnız pensiyanı gözləməlidirlər"  |     15:13 Azərbaycanda 57 ticarət obyektində aksizli mallarla bağlı pozuntular aşkarlanıb  |     14:52 Bitkoinin qiyməti 2029-cu ilin sonunadək 300 min dollara çata bilər  |     13:48 Valideynlər üçün “WhatsApp”da yeni imkan yaradıldı  |     13:32 Məktəbli forması bəzi direktorlar üçün əlavə biznesə çevrilib - 3 manata geyim keyfiyyətli ola bilər?  |     13:23 Ağsuda 141 baş xırdabuynuzlu heyvan oğurlayan şəxs saxlanılıb  |     13:04 Universitetlərə qəbul olanların NƏZƏRİNƏ: Qeydiyyat başlayır  |     12:38 Xaçmazda kompüter zalından qayıdan 17 yaşlı tələbə həyatını itirdi  |     12:27 Əlverişsiz hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ  |     12:00 "Qarabağ"a keçidi gözlənilən vingerin transferinin DETALLARI (FOTO)  |    
Left Banner
Right Banner

Rasim Musabəyov: Artıq Azərbaycan Rusiyaya bəyanatla yox, hərəkətlə cavab verməli, Ukraynaya silah satmalıdır

18.08.2025 13:10 534
Rasim Musabəyov: Artıq Azərbaycan Rusiyaya bəyanatla yox, hərəkətlə cavab verməli, Ukraynaya silah satmalıdır
Rusiya Azərbaycana qarşı dost olmayan siyasət yürütməkdə davam edir. Bu siyasət artıq açıq aqressiya müstəvisinə keçib. Əgər əvvəllər Kreml öz mövqeyini yalnız siyasi ritorika, təbliğatçı politoloqlar və radikal çıxışlarla ifadə edirdisə, indi proses hərbi-siyasi səviyyəyə qaldırılıb. Rusiya Dövlət Dumasının deputatı Andrey Qurulyov, antiAzərbaycan mövqeyi ilə seçilən Vladimir Solovyov və digər propaqandistlərin təhdidlərinin davamı kimi Moskva təhlükəli addımlar ataraq, Ukraynada Azərbaycana məxsus enerji obyektlərini hədəfə almağa başlayıb.
Rusiya Ukraynada Azərbaycana məxsus enerji obyektlərini məqsədyönlü şəkildə hədəfə alıb


Son hadisələr məhz bu təcavüzkar kursun bariz göstəricisi kimi qiymətləndirilən bilər. Ötən gecə Odessa vilayətində SOCAR-a məxsus neft bazası növbəti dəfə Rusiya tərəfindən İranın “Şahed” tipli PUA-ları ilə intensiv hücuma məruz qalıb. Birbaşa zərbələrdən sonra güclü yanğın baş verib, 17 yanacaq çəni, nasosxana, operator otaqları və texniki binalar ciddi zərər görüb, ərazinin hasarı dağılıb, Ümumi tutumu 16 min kubmetr olan bu obyektin sıradan çıxarılması Azərbaycanın iqtisadi maraqlarına və enerji təhlükəsizliyinə qarşı yönəlmiş açıq təxribatdır. Xüsusilə qeyd etmək lazımdır ki, bu, Rusiyanın Odessada SOCAR-a məxsus neft bazasına ikinci hücumudur. Avqustun 8-də də Rusiya 10 “Şahed” ilə SOCAR-ın neft bazasına hücum etmiş, nəticədə qismən dağıntılar olmuşdu.


Bundan əvvəl – avqustun 6-da isə Rusiya Odessada Azərbaycan qazını Ukraynaya nəql edən qaz kompressor stansiyasına hava zərbələri endirmişdi. Göründüyü kimi, Rusiya son vaxtlar Ukraynada Azərbaycana məxsus enerji obyektlərini məqsədyönlü şəkildə hədəfə alıb.

Azərbaycan Ermənistanla müharibədə ələ keçirdiyi rus silahlarını güzəştli sərtlərlə Ukraynaya satmalıdır

Milli Məclisin deputatı Rasim Musabəyovun qənaətinə görə, Azərbaycanın etirazlarına baxmayaraq, SOCAR-ın obyektlərini hədəfə alan Rusiyaya əlavə bəyanat və müraciət ünvanlamadan cavab vermək lazımdır.

Deputat APA-ya açıqlamasında bildirib ki, Rusiya Azərbaycanın etirazlarına baxmayaraq SOCAR-ın obyektlərini mütəmadi olaraq havadan zərbələrə məruz qoyur: “Artıq bununla bağlı onlara əlavə müraciət və ya bəyanat ünvanlamağa ehtiyac yoxdur. Hesab edirəm ki, biz Ukraynaya silah satışına qoyulmuş embarqonu aradan qaldıra bilərik və bu addımı atmaq lazımdır. Rusiyanın dediklərinə fikir vermədən hərəkət etmək lazımdır. Vaxtilə Ermənistanla müharibə dövründə ələ keçirilmiş rus silahlarını Ukraynaya satmaq mümkündür. Naxçıvanda da ordumuz tamamilə Türkiyə silahlarına keçid etdiyi üçün orada kifayət qədər zirehli texnika qalıb. “Qrad” qurğuları, digər texnikalar var ki, onları artıq saxlamağa ehtiyac yoxdur. Bu texnikanı Ukraynaya satış üçün göndərmək olar. Vaxtilə Ukrayna bizə sovet silahlarını satmışdı – həm tankları, həm də MiQ-29 qırıcılarını Azərbaycana vermişdi. Mən indi heç bir qəbahət görmürəm ki, Azərbaycan da öz növbəsində artıq bizə artıq lazım olmayan sovet istehsalı silahları Ukraynaya güzəştli qiymətlərlə satsın. Onsuz da həmin vəsaiti Avropa ölkələri böyük məmnuniyyətlə ödəyirlər. Buna əlavə izahat da lazım deyil – kimə xoşdursa, xoş olsun, xoş deyilsə, fərq etməz”.
//Apaскачать dle 11.3
Mojo.az Banner