Mojo.az Banner
23:01 Bu şəxslərə ən azı 46 gün məzuniyyət verilməlidir - SİYAHI  |     22:55 Süni intellekt nəhənglərində nə baş verir? - "Dünya təhlükədə"  |     22:50 Maliyyə çöküşünə səbəb ola biləcək 5 pul vərdişi  |     22:44 "Kupça" almaq istəyənlərə şad xəbər - 15 günə veriləcək  |     22:35 ABŞ Ermənistana 13 milyard dollar verəcək - SƏBƏBİ  |     22:30 Bərdədə qəza oldu - Ölən və yaralanan var  |     22:22 Paşinyanın Tehran səfərinin detalları açıqlandı  |     22:17 Ötən il SOCAR neft emalını 7 %-dən çox artırıb  |     22:11 Naxçıvan Ali Məclisi sədrinin bəzi fərmanları ləğv edildi  |     22:04 Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı rəqibləri müəyyənləşib  |     21:55 Yeni İl günü qətl törədən yeniyetmədən xəbər var  |     21:50 Çörək bahalaşıb? - Agentlikdən AÇIQLAMA (Video)  |     21:43 "Xankəndi" heyətini yeni futbolçu ilə gücləndirdi  |     21:38 Qaradağda yaşayış binasında YANĞIN: Təxliyə olunanlar var - Video  |     21:29 Pezeşkian maaşının miqdarını açıqladı  |     21:24 "Sumqayıt"dan yeni transfer  |     21:16 Azərbaycanın ən çox ticarət əməliyyatı apardığı ölkələr - SİYAHI  |     21:11 "Şəki" kafesində nöqsanlar aşkarlandı  |     21:02 ADY vətəndaşlara müraciət etdi - VİDEO  |     20:57 Gürcüstanda azərbaycanlı gənc yol qəzasında öldü  |    
Left Banner
Right Banner

Sərxoş halda sərnişin daşıyan avtobus sürücüsü həbs edilib

18.08.2025 12:23 330
Sərxoş halda sərnişin daşıyan avtobus sürücüsü həbs edilib
Sərxoş vəziyyətdə sərnişin daşıyan avtobus sürücüsü inzibati qaydada həbs edilib.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən apa-ya verilən məlumata görə, yollarda baş verə biləcək qəzaların qarşısının alınması və sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı sərnişin daşıma fəaliyyəti ilə məşğul olan “İsuzu” markalı, 99-XO-187 dövlət qeydiyyat nişanlı avtobus nəzarət qaydasında Ekoloji nəzarət postunda saxlanılıb.

Yoxlama zamanı nəqliyyat vasitəsini idarə edən, Ağcabədi rayonu sakini Əliyev Tural Hüseyn oğlunun alkoqollu içki qəbul etməsinə əsaslı şübhələr yarandığından onun tibbi müayinədən keçirilməsi təmin edilib. Müayinənin nəticəsinə əsasən sürücünün sərxoş vəziyyətdə olduğu təsdiqlənib.

Sürücü barəsində müvafiq sənədləşmə aparılaraq toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə T.Əliyev 15 gün müddətinə inzibati qaydada həbs edilib.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə xatırladır ki, sərxoş vəziyyətdə sükan arxasına keçmək yolverilməzdir. Sərnişin daşıyan hər bir sürücü daşıdığı insanların həyatına birbaşa məsuliyyət daşıyır və bu məsuliyyətin unudulması qəza və faciələrlə nəticələnə bilər.скачать dle 11.3
Mojo.az Banner