Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:10 Anasının evinə basqın edərək onu döyən "xeyriyyəçi" saxlanıldı - Anbaan video | 16:53 Ermənistanın ədliyyə naziri: "Qarabağı birləşdirmək kimi bir məqsədimiz yoxdur" | 16:15 Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular | 16:10 "Vəzifəli şəxs" masaj salonunun sahibəsini şantaj etdi, aylıq "haqq" aldı | 15:59 Ölümlə nəticələn qəzaya görə Monteneqrodan Azərbaycana ekstradisiya olunacaq | 15:52 Nisyə mal satanların diqqətinə: Yeni qərar qüvvəyə minəcək | 14:47 Uşaqlarını internata qoyub evə qayıtdı, arvadını bıçaqladı - Xaçmazdakı cinayətin təfərrüatı | 14:41 Noyabrın ən şanslı bürcləri bəlli oldu – Kimləri uğur gözləyir? | 14:27 Noyabrda ardıcıl 4 gün iş olmayacaq | 14:13 Green Card arzusu niyə yarımçıq qalır? – Trampın miqrasiya siyasətinin pərdəarxası | 14:00 Jurnalistlərlə bağlı hadisələrin arxasında hansı səbəblər dayanır? – Açıqlama | 13:54 Ceyranbatan gölündə meyit tapılması xəbəri ilə bağlı AÇIQLAMA | 13:36 Binədə törədilən qətllə bağlı ailənin azyaşlı övladı: "Atam dedi ki, əgər burada qalmasanız, sizin üçün yaxşı olmayacaq" | 13:26 Universitet və kolleclərdə vahid geyim forması tətbiq olunacaq? | 13:09 Çimnaz Sultanovanın əsl ölüm səbəbi ilə bağlı yeni iddia | 13:06 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi - Video | 13:01 Geyim qaydalarına əməl etməyən şagirdlərə attestat verilməyəcək? - Rəsmi açıqlama | 12:57 Azərbaycanda reabilitasiya mərkəzlərindən biri ləğv olunur | 12:53 İstilik mövsümünə daha tez başlanılan rayonların sayı xeyli artırıldı - Siyahı (Yenilənib) | 12:38 Koronavirus yenidən baş qaldırır: Azərbaycana təhlükə varmı? |
Mojo.az Avto
Mojo.az Avto

HƏMAS və İsrail mübadilə mexanizmini razılaşdırdı (YENİLƏNİB)

18.01.2025 16:03 1 227
HƏMAS və İsrail mübadilə mexanizmini razılaşdırdı (YENİLƏNİB)
İsraillə razılaşma çərçivəsində azad ediləcək fələstinli məhbusların siyahısı mübadiləyə bir gün qalmış dərc ediləcək.

Bu barədə HƏMAS-ın "Telegram" kanalında bəyan edilib.

Bildirilib ki, girovların azad edilməsi mexanizmi İsrailin azad edəcəyi məhbusların sayından asılıdır.

"Siyahılar razılaşdırılmış mexanizm çərçivəsində hər mübadilə günündən əvvəl dərc ediləcək", - deyə bəyanatda qeyd olunub.

* * * * *

İsrail Ədliyyə Nazirliyi atəşkəs sazişinin birinci mərhələsində azad edilməsi planlaşdırılan fələstinli məhbusların yeni siyahısını dərc edib.


Bu barədə "The Times of Israel" nəşri məlumat verib.

Bildirilir ki, İsrail hökumətinin atəşkəs sazişini təsdiqləməsindən sonra dərc edilən yeni siyahıya terrorizm və qətldə təqsirli bilinən 700-dən çox fələstinli məhbusun adı daxil edilib. Siyahıda HƏMAS və "İslami Cihad" radikal təşkilatlarının üzvləri, həmçinin İordan çayının Qərb sahilində əsas rol oynayan Fələstinin FƏTH siyasi təşkilatının üzvləri də yer alıblar.

Nazirliyin bəyanatında qeyd olunur ki, Qəzza sazişi çərçivəsində azad edilməsi planlaşdırılan məhbusların birinci qrupu bazar günü, yanvarın 19-da yerli vaxtla saat 16:00-da (Bakı vaxtı ilə 18:00) azadlığa buraxılacaq.

Əvvəllər məlumat verilmişdi ki, İsrail hakimiyyəti Qəzza zolağında radikallar tərəfindən saxlanılan girovların azad edilməsi üzrə sazişin birinci mərhələsində yalnız 95 fələstinli məhbusu azad etməyi planlaşdırır.

Qeyd edək ki, dünən gecə İsrail hökuməti Qəzza zolağında Fələstin HƏMAS qrupu ilə atəşkəs sazişini təsdiqləyib. Qərar səs çoxluğu ilə qəbul edilib: 24 səsə qarşı səkkiz səs.

Baş nazir Benyamin Netanyahu bildirib ki, İsrail ABŞ-nin seçilmiş prezidenti Donald Trampdan saziş pozulduğu təqdirdə döyüş əməliyyatlarına qayıtmaq hüququ ilə bağlı zəmanətlər alıb. Onun sözlərinə görə, Tramp vəzifəyə başladıqdan sonra İsrailə əvvəllər dayandırılmış bəzi silahların tədarükünün davam etdirilməsinə qərar verib.

Atəşkəs yanvarın 19-dan qüvvəyə minəcək, proses qrupun ələ keçirdiyi İsrail girovlarının fələstinli məhbuslarla mübadiləsini nəzərdə tutur.

42 gün davam edəcək birinci mərhələdə girovların azad edilməsi planlaşdırılıb. İsrail ordusu sıx məskunlaşmış ərazilərdən çıxarılacaq və fələstinlilər öz evlərinə qayıda biləcəklər. İsrail Silahlı Qüvvələri Qəzza zolağı ilə Misir arasındakı sərhəd boyunca və Fələstin eksklavı ilə İsrail arasındakı bufer zonasında mövcudluğunu qoruyub-saxlayacaq.

Son xəbərlər