Mojo.az Banner
20:44 Qızılın qiyməti niyə ucuzlaşır? - Analitik əsas səbəbləri açıqladı  |     20:39 Müğənninin Azərbaycandan çıxışına "stop" qoyulub  |     20:32 Azərbaycanda ildırımvurma halları çoxalıb: Təbiətdə nə baş verir? (VİDEO)  |     20:24 Uzun ömür sürmək üçün nə yemək lazımdır? - Ən faydalı 11 qida  |     20:19 Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? (VİDEO)  |     20:12 Məktəbli formaları bahalaşa bilər? - VİDEO  |     20:05 İtaliyanın bu kəndində çimərlik geyimində gəzən turistlər cərimələnəcək  |     20:00 Bonni Tayler vəfat etdi  |     19:51 Limfedemaya qarşı nadir mikrocərrahi əməliyyat icra edildi - Azərbaycanda ilk  |     19:44 Sabah 37 dərəcə isti olacaq  |     19:38 "Çox adam pullarını yüksək gəlir vədləri ilə piramida sxemlərində itirib" - İqtisadçı  |     19:30 Bakıda 4 avtomobili talayan şəxs saxlanıldı  |     19:25 Zaxarova Qarabağ müharibəsində yalan məlumatlar yayan ermənidən danışdı  |     19:16 Yük maşını "Lukoil" yanacaqdoldurma məntəqəsinə çırpıldı - Video  |     19:11 Bir qrup usta "Avanqard-Construction'' MMC-dən pullarını ala bilmirlər - İDDİA (VİDEO)  |     19:04 Azərbaycanda bu şəxslər işləmədikləri halda maaş alacaqlar  |     18:33 Bakıda təmir gedən yollar açıqlandı  |     18:28 Elşad Xosedən polisə şikayət olundu  |     18:07 Xameneinin cənazəsi Məşhədə aparıldı - Dəfn olunur  |     17:55 Bakıda küçədə QADIN GÜLLƏLƏNDİ: Keçmiş əri saxlanıldı  |    
Left Banner
Right Banner

Hərbi cinayətkar Ruben Vardanyanın məhkəməsi başlayır

28.12.2024 17:40 1 887
Hərbi cinayətkar Ruben Vardanyanın məhkəməsi başlayır
Terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi, Azərbaycan və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və digər çoxsaylı cinayətlərin törədilməsi faktları ilə bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində cinayət işinin istintaqı aparılıb.

Bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğu və Dövlət Təhlükəsizliyi Xidməti birgə məlumat yayıb.

Rusiya Federasiyasının vətəndaşı olmuş, hazırda Ermənistan vətəndaşı olan, Rusiyada "Troyka Dialoq" şirkətinin təsisçisi və rəhbəri olmuş, Rusiya Federasiyasında "KamAZ" ASC-nin direktorlar şurasının üzvü, həmin ölkədə "Volqa-Dnepr" şirkətlər qrupunun müstəqil direktoru və sair vəzifələrdə çalışmış Ruben Karlenoviç Vardanyan 25 sentyabr 2023-cü il tarixində Azərbaycan Cinayət Məcəlləsinin 214-1, 279.3 və 318.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində axtarış elan edilib, 27 sentyabr 2023-cü il tarixində saxlanılaraq istintaqa təhvil verilib və həmin tarixdə ona ittiham elan edilib.

Toplanmış mötəbər sübutlar əsasında təqsirləndirilən şəxs Ruben Vardanyana Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma "Dağlıq Qarabağ respublikası" və qanunsuz silahlı birləşmələri əhatə edən cinayətkar birlikdə, qanunsuz silahlı birləşmələrin və qrupların yaradılmasında və fəaliyyətinin təşkilində iştirak edərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan əməllərin törədilməsi ilə bağlı yekun ittiham elan olunub.

İstintaq müddətində təqsirləndirilən şəxsin müdafiə hüququ, bildiyi dildən istifadə etmək və digər prosessual hüquqları təmin edilib. Təqsirləndirilən şəxs özünün seçdiyi vəkillərlə təmin edilib, özü və vəkilləri tərəfindən verilmiş vəsatətlərə cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılaraq müvafiq qərarlar qəbul edilib.

İbtidai istintaqın başa çatması barədə təqsirləndirilən şəxs Ruben Vardanyana və cinayət prosesinin digər iştirakçılarına məlumat verilib, onlar cinayət işi üzrə maddi sübutlar, sənədlər, ekspertiza rəyləri və digər sübutlar da daxil olmaqla, cinayət işinin bütün materialları ilə tanış edilib.

Cinayət işi üzrə ittiham aktı Azərbaycan Respublikasının baş prokuroru tərəfindən 28 dekabr 2024-cü il tarixində təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.скачать dle 11.3
Mojo.az Banner