Mojo.az Banner
22:55 Yatarkən bunu edənlər diqqətli olsunlar!  |     22:47 Şəmkirdə TIR minik avtomobili ilə toqquşaraq aşdı  |     22:39 Niyə insanlar sosial şəbəkələrdə öz həyatlarını olduğundan fərqli göstərir?  |     22:31 Azərbaycan futbolunda yayın ən bahalı transferləri – SİYAHI  |     22:23 Tasnim: İran Hörmüz boğazının açılması üçün ABŞ-yə yeddi şərt təqdim edib  |     22:16 "Bu, müharibə olacaq": Putindən TƏCİLİ XƏBƏRDARLIQ  |     22:09 Bu şəxslərə əmək pensiyası xüsusi qaydada təyin olunur – AÇIQLAMA  |     22:01 Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb  |     21:57 İran və Oman Hörmüz boğazında gəmiçilik marşrutu ilə bağlı yekun razılaşma əldə edib  |     21:47 Telefondan çox istifadə edənlərin diqqətinə!  |     21:40 Dünyada yalnız bu üç nəfər pasportsuz gəzə bilir  |     21:32 Bakıda 23 yaşlı oğlan arvadını armaturla döydü - Kobud danışığa görə  |     21:26 Azərbaycanda nadir hadisə: Uşaq ananın qaraciyərindədir  |     21:18 Bakı İqlim Həftəsində 140-dan çox ölkədən 2 700 nümayəndə iştirak etdi  |     21:06 Bu bürclər üçün çətin dövr başlayır  |     20:52 Sinoptikdən anomal isti qış xəbərdarlığı  |     20:43 Hikmət Hacıyev: Kəlbəcər yenidən qurulur - VİDEO  |     20:30 İran və Oman arasında razılaşma Körfəz ölkələrinin XİN rəhbərlərinin iştirakı ilə elan olunacaq  |     20:21 Quba-Xınalıq yolu çökdü - VİDEO  |     20:12 Müəllimlərin sertifikatlaşdırılması ilə bağlı məlumatlar şəxsi kabinetlərinə göndərilib  |    
Mojo.az Avto
Mojo.az Avto

Axundu öldürməyə cəhd edən şəxsin məhkəməsi: "Mən on ikinci imamam, Hacı ilə görüşmək istəyirəm"

20.11.2024 14:05 1 752
Axundu öldürməyə cəhd edən şəxsin məhkəməsi:
Bakıda "Məşədi Dadaş" məscidinin axunduna qarşı süi-qəsdə cəhddə təqsirləndirilən Elşən Hüseynovun cinayət işinin növbəti prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıqovun sədrliyi ilə keçirilən iclas zərərçəkənlərin ifadəsi ilə davam edib.

Zərərçəkən Rəsul Həsənli məsciddə xidmətçi vəzifəsində işlədiyini bildirərək, aşağıdakıları qeyd edib:

"Xidmətdə olduğum zaman Elşən məscidə daxil olaraq, Hacı ilə (Hacı Əli Şərbətov) görüşmək istədiyini və onun qapısını açmağımı istədi, mən bunun səbəbini soruşduqda isə özünü "on ikinci imam" kimi təqdim edərək təkid etdi. Mən Hacının hazırda vaxtının olmamasını deyəndə, o, mənim qulağıma və sinəmin aşağısından iki dəfə bıçaqla zərbə vurdu, qanın axdığını gördüm. Bundan sonra o, məscidin həyətindən çıxaraq, küçədəki marketə doğru qaçdı. Daha sonra oradakı insanlar təcili yardıma və polisə məlumat verdilər".

Zərərçəkən təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirərək, sağlamlığına zərər vuran bir şəxsin layiqincə cəzalandırılmasını məhkəmədən xahiş edib.

Daha sonra şahidlərdən Elmira Əhmədovaya ifadə üçün şərait yaradılıb. Şahid məscidin yanındakı dini mağazada işlədiyini deyərək bildirib ki, o, Rəsulu məscidin yanında görüb və bu zaman onun qulağından qan axırdı. Digər bir şəxsin isə məscidin həyətindən söyüş söyə-söyə qaçdığını görüb.

Digər şahid Dəyanət Mehdiyev isə məscidə ibadətə gələrkən qapının ağzında qan damcılarının olduğunu gördüyünü deyib. Qapının ağzında Elşən Hüseynovu görüb, o, "sonuncu peyğəmbərəm" deyərək, Dəyanətin oradan təcili uzaqlaşmasını istəyib. Əks təqdirdə, başının ağrıyacağını deyib. Məhkəmənin növbəti iclası dekabrın 10-na təyin edilib.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan araşdırmalarla müəyyən olunub ki, 2023-cü ilin dekabrın 30-da Elşən Hüseynov Nəsimi rayonunda yerləşən "Məşədi Dadaş" məscidinə bıçaqla daxil olaraq, oranın imamı olan və ictimai xadim sayılan Əli Şərbətovun xidməti fəaliyyətinə son qoymaq niyyəti ilə ona sui-qəsd etmək qərarına gəlib.

Elşən Hüseynov Əli Şərbətovun otağına daxil olmaq istəyərkən məscidin xidmətçisi Rəsul Həsənli onun qarşısını alıb. Bu zaman Elşən Hüseynov Rəsul Həsənlini qəsdən öldürmək məqsədilə ona çoxsaylı bıçaq xəsarətləri yetirib. Elşən Hüseynov Rəsul Həsənlinin müqaviməti səbəbindən Əli Şərbətovun xidməti otağına girə bilməyib. Bu səbəbdən o, Əli Şərbətova sui-qəsd istəyini reallaşdıra bilməyib.

Elşən Hüseynova Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən AR Cinayət Məcəlləsinin 29, 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar onun özünü öldürməyə cəhd), 29, 120.2.6 (başqa cinayətin törədilməsini yüngülləşdirmək məqsədilə adam öldürməyə cəhd) 29, 120.2.7 (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 29, 120.2.11 (terrorçuluqla əlaqədar adam öldürməyə cəhd), 29, 120.2.12 (dini ədavət niyyəti ilə adam öldürməyə cəhd) və 277-ci (İctimai xadimin həyatına sui-qəsd etmə) maddələri ilə ittiham irəli sürülüb.скачать dle 11.3
Mojo.az Banner