Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:46 Ər-arvadı öldürüb evlərini yandıran şəxsin məhkəməsi başlayır | 17:45 Ağstafada bir ailənin üç üzvü zəhərlənib | 17:23 Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər (VİDEO) | 17:14 Beynəlxalq axtarışda olan iki nəfər Gürcüstandan Azərbaycana gətirildi | 17:12 Gənc müəllimləri kəndlərdə saxlamaq üçün yeni addımlar lazımdır – AÇIQLAMA | 17:05 İmtahanlara müdaxilə cinayəti: Prokuror Kamran Əsədova cəza istədi | 17:04 Əli Əsədovdan məhkəmə ekspertləri ilə bağlı qərar | 17:03 Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək? | 17:00 Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub - FOTO (Yenilənib) | 16:57 Qonşusunu bıçaqlayan müharibə iştirakçısına verilən cəza məlum oldu | 16:57 Ərini çapacaqla yaralayan qadından məhkəmədə gözlənilməz tələb | 16:56 Gəmi qəzasına görə saxlanılan azərbaycanlıların həbs müddəti uzadıldı | 16:53 Kirayə mənzillər ucuzlaşacaqmı? - Bazardakı vəziyyət AÇIQLANDI | 16:49 Bəzi yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq | 16:44 Sabah güclü külək əsəcək - Xəbərdarlıq | 14:49 Abşeron rayonunda silsilə oğurluqlar edən şəxs saxlanıldı | 14:22 Azərbaycanda minimum maaşdan gəlir vergisi tutulmaya bilər | 13:58 24 ilin sirri açıldı: Neft Akademiyasındakı qətldə keçmiş tələbə şübhəli bilinir | 13:25 Dələduzluğa görə həbs edilən 74 yaşlı qadının FOTOSU | 13:22 Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda daha 150 sahibkar CƏZALANDIRILDI - SƏBƏB

07.11.2024 15:33 1 272
Azərbaycanda daha 150 sahibkar CƏZALANDIRILDI - SƏBƏB
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) Bakı şəhərində iaşə və pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan daha 150 vergi ödəyicisinə maliyyə sanksiyaları tətbiq edib.

Bu barədə Dövlət Vergi Xidmətindən məlumat verilib.

Bildirilib ki, pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin POS-terminal deyil, kartdan-karta köçürülməklə həyata keçirilməsi hallarının qarşısının alınması məqsədilə nəzarət tədbirlərini davam etdirir. Son günlər ərzində Bakı şəhərində keçirilmiş nəzarət tədbirləri zamanı 150-dən çox belə obyektdə qanun pozuntularına yol verilməsi faktları aşkarlanıb. Qanun pozuntuları protokollaşdırılıb və müvafiq maliyyə sanksiyaları tətbiq olunub.

"Nağdsız ödənişlərin qəbulu yalnız POS-terminal vasitəsilə həyata keçirilməli və bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı nəzarət-kassa aparatının çeki də təqdim olunmalıdır. Mövcud qanunvericiliyə əsasən, istehlakçılara elektron ödəniş etmək imkanının yaradılması vergi ödəyicilərinin birbaşa vəzifələrinə aiddir. Sahibkarlar maliyyə sanksiyalarına məruz qalmamaq üçün nağdsız ödəmələr zamanı POS-terminallardan istifadəni təmin etməlidirlər", - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, dünən "Kartdan-karta" üsulu ilə işləyən daha 120 sahibkar cəzalandırılıb.

Son xəbərlər