Mojo.az Banner
23:00 Oturaq iş rejimi olanlar buna diqqət etməlidir  |     22:56 Konqoda Ebola epidemiyası: Ölənlərin sayı 3500-ü keçib  |     22:51 Özbəkistanda pensiya yaşı artırılır  |     22:43 "Bəniz"in apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı bəlli oldu  |     22:38 Bu işçilərlə bağlı qayda ləğv olundu  |     22:30 Sentyabrın ən sirli günləri: Bu bürclərin başına qeyri-adi hadisə gələcək  |     22:25 Uşağınız yaşıdlarından tez yorulursa, diqqət  |     22:16 "Çelsi" Bastoni üçün 68 milyon funt ödənməyə hazırdır  |     22:10 Xırdalanda qumbara partlayışında ölən qız idmançı imiş  |     22:02 Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı rəsmi açıqlama  |     21:55 Dələduzluqla nəticələnən "kafel işi: 39 min manatı necə mənimsədi?  |     21:50 İranda qorxulu anlar: Təyyarə havada parçalanmağa başladı - VİDEO  |     21:41 Çinə giriş-çıxış çətinləşdi: Yeni qaydaları pozanlar üçün böyük cərimə  |     21:35 Məhkəmə qaynını öldürüb, arvadını baltalayan çoban haqqında qərar verdi  |     21:28 "Roşka"nın məhkəməsində yeni xüsusat: Ekspert dindiriləcək  |     21:23 Sərnişinlərin nəzərinə: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - FOTO  |     21:15 Siqaret istəyi 6 aylıq həbslə nəticələndi  |     21:09 Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib  |     21:02 Kənd yumurtası bahalaşacaq, broyler isə... - Ekspertdən açıqlama  |     20:54 FHN-də iş, torpağa çıxarış, təqaüd vədi - On minlərlə manatlıq dələduzluq işinin detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

ABŞ HƏMAS tərəfdarlarının vizalarını və "green card"larını ləğv edəcək

10.03.2025 12:26 1 035
ABŞ HƏMAS tərəfdarlarının vizalarını və
ABŞ Dövlət Departamenti Fələstinin HƏMAS hərəkatının tərəfdarlarının giriş vizalarını və "green card"larını ləğv edəcək və onların deportasiyasını həyata keçirəcək.

Bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio "X" sosial şəbəkə hesabında açıqlama verib.

"Biz HƏMAS tərəfdarlarının vizalarını və ya "green card"larını ləğv edəcəyik ki, onlar deportasiya oluna bilsinlər", - deyə ABŞ diplomatiyasının rəhbəri vurğulayıb.

O, bu fikirləri ABŞ immiqrasiya orqanları tərəfindən keçən yaz Nyu-Yorkdakı Kolumbiya Universitetində İsrail əleyhinə etiraz aksiyalarında fəal iştirak etmiş fələstinli Mahmud Xəlilin həbs olunması ilə bağlı yayılan məlumata münasibət bildirərkən səsləndirib. ABŞ mediasının məlumatına görə, onun tələbə vizası və "green card"ı ləğv ediləcək.

Xatırladaq ki, 2024-cü ildə ABŞ universitetlərinin kampuslarında Fələstini dəstəkləyən kütləvi etiraz aksiyaları baş verib. Aksiyalar polislə toqquşmalar və İsraili dəstəkləyən nümayişçilərlə qarşıdurmalarla müşayiət olunub. Etirazçıların əsas tələbi ABŞ hökumətindən İsrailə maliyyə dəstəyini dayandırmaq olub.скачать dle 11.3
Mojo.az Banner