Mojo.az Banner
11:33 Şəkidə AĞIR QƏZA: Ölən və yaralananlar var  |     11:27 Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı QƏRAR VERDİ  |     23:04 Sürücülərin 80 faizinin vəsiqəsi məhdudlaşdırıla bilər - Ekspert  |     22:59 Pomidorun qabığını sadə üsulla soymaq - Qaynar suya ehtiyac yoxdur  |     22:51 Partlayışda xəsarət alan həkim öldü  |     22:49 Saat 10:00-da işıq kəsiləcək - Bu ərazilərdə  |     22:37 Qazaxıstan Rusiyadan enerji asılılığını dayandırır  |     22:34 Cəlilabadda gənc müəllim vəfat etdi  |     22:05 CV-lər işəgötürənlər üçün dəyərini itirib: səbəb nədir?  |     22:00 Musa Qurbanlı üçün mövsüm bitdi  |     21:53 WhatsApp-da yeni̇li̇k - Avatarlar ləğv ediləcək  |     21:51 “Navai” Moskvada qəzaya düşdü  |     21:27 Anası o uşaqdan imtina etdi  |     21:16 Bu şəxslərin maaşı 35 faiz artıb  |     20:51 Bu küçədə nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək  |     20:46 Fars körfəzi bölgəsində 25 gəmi hücuma məruz qalıb  |     20:40 Məxfurə Hüseynovanın meyiti tapıldı  |     20:32 Daha üç rayonda bir neçə kənd QAZSIZ QALACAQ  |     20:14 Cəlilabadda gənc müəllim dünyasını dəyişdi  |     20:07 Övladı yeni hərbi xidmətə getmişdi... - Cəlilabad sakini Aeroport yolundakı dəhşətli qəzada həlak oldu  |    
Left Banner
Right Banner

Polkovnikin dediyi araşdırılacaq - DTX-yə müraciət edildi

01.11.2024 20:14 684
Polkovnikin dediyi araşdırılacaq - DTX-yə müraciət edildi
Müdafiə Nazirliyindəki 143 milyonluq yeyinti ittihamı ilə mühakimə edilən general Nizami Məmmədov və üç zabitin məhkəmə istintaqı yekunlaşır.
 
Median.Az-ın məlumatına görə, Bakı Hərbi Məhkəməsində keçirilən bugünkü iclasda müdafiə tərəfinin əvvəl qaldırdığı vəsatətlərə münasibət bildirilib.
 
Bundan əvvəlki iclasda təqsirləndirilən polkovnik Bayram Bayramov onun ayağına yazılmış 720 min manat yeyinti məbləğinin ittihamdan xaric edilməsini xahiş etmişdi. Bayramov belə əsaslanma vermişdi ki, həmin məbləğ səfərbərlikdən çağırılan hərbi vəzifəlilərin xərclərinə sərf edilib.
 
Müdafiə Nazirliyindən gəlmiş sorğuya cavabda hərbi hissəyə dəqiq nə qədər pul ayrıldığı qeyd olunub.
 
Bayramov və vəkilinin qərara münasibətlərindən belə çıxıb ki, sorğuya cavab onların dediklərini təsdiq edir. Müdafiə tərəfi hökmdə bunun nəzərə alınmasını xahiş edib. 
 
Nazirliyin göndərdiyi sənəd işə əlavə edilib.
 
Baxılmamış digər vəsatət də Bayram Bayramovun idi. Polkovnik ilk dəfə yeni cinayət barədə məlumat verərək, bir neçə hərbçini ittiham etmişdi. O, mənimsəmə kimi göstərilən pulların polkovnik Xalid Məmmədov, polkovnik Rəşad Salmanov və başqa bir neçə zabitin tapşırığı ilə şəxsi xərclərinə sərf edildiyini iddia bildirib. Sədrlik edən hakim Fikrət Əliyev bununla bağlı da qərarı elan edib. 
 
Məhkəmə vəsatətdə adları keçən şəxslərin bu işdə dindirilməsinə zərurət görməyib. Amma təqsirləndirilən polkovnikin verdiyi cinayət xarakterli məlumatların araşdırılmalı olduğu bəyan edilib.
 
Buna görə vəsatətdə qeyd olunan məlumatların yoxlanılması üçün məhkəmə tərəfindən bu işin istintaqını aparan Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) müraciət ediləcək. 
 
Hazırkı cinayət işi üzrə artıq 1 il 2 aydır məhkəmə gedir. Bugünkü prosesin sonunda tərəflərə istintaqın yekunlaşmasını təklif edib.
 
Müdafiə tərəfi təklifə etiraz etməsə də, dövlət ittihamçısı razı olmayıb. İttihamçı dövlətə dəymiş ziyandan nə qədər ödənildiyini bilmədən çıxış etməsini düzgün hesab etməyib.
 
Hakim deyib ki, bununla bağlı istintaq orqanının sonuncu gödərdiyi cavab belə olub ki, hazırda ziyanın ödənilməsi davam edir. Yaxın günlərdə məhkəməyə yekun məlumat veriləcək.
 
Məhkəmə istintaqının bitməsi budəfəlik təxirə salınıb. 
 
Hakim ittiham tərəfinə növbəti iclas üçün çıxışa hazır gəlməyi tapşırıb.
 
Xatırladaq ki, bu iş üzrə Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi general Nizami Məmmədov, quru, hava və dəniz qoşunlarının maliyyə xidmətlərinin rəisləri - polkovniklər Bayram Bayramov, Cəlal Kazımov və kapitan Vüsal Əlizadə mühakimə olunur. Onlara qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham verilib.(Qafqazinfo)скачать dle 11.3
Mojo.az Banner