Mojo.az Banner
23:02 Təyyarə, yoxsa avtomobil? - Ölüm riskləri arasındakı fərq təəccübləndirir  |     22:57 Bu ailələrə müavinət verilə bilər  |     22:52 ABŞ səfirliyi qlobal terrorçuluğa qarşı birgə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür etdi  |     22:41 Xarici diplomatlar Şuşada yallı getdilər - VİDEO  |     22:29 Gənclərin evlilikdən uzaqlaşmasının səbəbi nədir? – Psixoloqdan açıqlama  |     22:16 Süni intellektlə bağlı qorxulu PROQNOZ: onilliyin sonuna qədər bəşəriyyəti məhv edə bilər  |     22:08 Rusiyada yol qəzası nəticəsində 12 nəfər ölüb  |     22:00 Yanacaqdoldurma məntəqələrinin FIRILDAĞI - Pulu 20 litr, çənə 17 litr?  |     21:50 Gəncədə maşın piyadanı vurdu, vəziyyəti ağırdır  |     21:43 Məşhurların olduğu təyyarə təcili eniş etdi  |     21:35 Moskvadan sərt mesaj: "Üçüncü dünya müharibəsi alovlanır”  |     21:28 Direktor zəif şagirdləri məktəbdən çıxarırdı – NAZİR  |     21:17 “5 min manatımı ala bilmirəm” - Şəhid anası şirkət rəhbərindən şikayətçidir  |     21:14 Daha iki rayonda heyvan bazarlarının fəaliyyətinə icazə verildi  |     21:04 Daha bir klinika cərimələndi - Diplomsuzlar işləyirmiş  |     20:57 "Mançester Yunayted" yüzlərlə azarkeşin abonementini ləğv etdi  |     20:34 Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə XƏBƏRDARLIQ  |     20:17 Fransanın mərkəzi bankı 1797-ci ildən bəri ilk dəfə defolt təhlükəsi barədə xəbərdarlıq edib  |     20:14 Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq  |     20:08 Bakıda sakinlərin həyatını “cəhənnəmə” çevirən nədir? - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan və Belçika arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib

21.10.2024 19:33 879
Azərbaycan və Belçika arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib
Bakı şəhərində Azərbaycan Respublikası və Belçika Krallığının xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib.

Bu barədə Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Bildirilib ki, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Belçika Krallığının nümayəndə heyətinə isə Xarici İşlər Nazirliyinin ikitirəli məsələlər üzrə baş direktoru Jeroen Kooreman rəhbərlik edib.

Məsləhətləşmələr zamanı Azərbaycan və Belçika arasında siyasi sahədə əlaqələr müzakirə olunub, davamlı siyasi dialoqun saxlanılması üçün qarşılıqlı səfərlərin və beynəlxalq tədbirlər çərçivəsində görüşlərin əhəmiyyəti qeyd olunub.

İqtisadi sahədə əlaqələrin inkişafı üçün ticarət döviriyyəsinin artırılması, enerji, nəqliyyat, yüksək texnologiyalar sahələrində əməkdaşlıq imkanlarından faydalanmağın əhəmiyyəti vurğulanıb, habelə ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən strateji enerji və nəqliyyat layihələri ilə bağlı müzakirələr aparılıb.

Xalqlararası təmasların inkişafında mədəniyyət və təhsil kimi sahələrdə mübadilələrin artırılmasının səmərəli olacağı bildirilib.

Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, cari ilin noyabr ayında Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq və görülmüş işlərlə bağlı fikir mübadiləsi aparılıb.

Məsləhətləşmələrdə regional məsələlər də diqqət mərkəzində olub. Qarşı tərəfə post-münaqişə dövründə bölgədəki vəziyyət, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması, Azərbaycan tərəfindən bölgədə davamlı sülhün bərqərar olunması istiqamətində atılan addımlar, işğaldan azad edilmiş ərazilərimizdə mina problemi, orada həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri barədə məlumat verilib.

Tərəflər beynəlxalq gündəlikdə dayanan məsələlər, eləcə də birgə maraq kəsb edən digər mövzular ətrafında fikir mübadiləsi aparıb.скачать dle 11.3
Mojo.az Banner